Kişi kollektivində çalışmaq qadınlarda xroniki stress yaradır

23-10-2017, 08:37           
Kişi kollektivində çalışmaq qadınlarda xroniki stress yaradır
Amerika alimləri müəyyənləşdiriblər ki, kişi kollektivlərində işləyən qadınlar xroniki stressdən əziyyət çəkir.

Bu xanımlar daim sosial təcrid, seksual təqib, bacarığından şübhə etmək və karyerada irəliləmək imkanının olmaması kimi problemlərə məruz qalır. Araşdirmanın nəticələrində qeyd edilir ki, kişi həmkarlar qadınlara məhəl qoymur və ya, əksinə, onlara daha çox diqqət ayırırlar. Bununla əlaqədar yaranan xroniki stress müxtəlif xəstəliklərə səbəb olur və vaxtından əvvəl ölüm riskini artırır.

Mütəxəssislər tədqiqat zamanı hər gün kişi kollektivlərində çalışan iştirakçı qadınların orqanizmlərində kortilozun (stress hormonu) səviyyəsini ölçüblər. Məlum olub ki, başqaları ilə müqayisədə belə kollektivlərdə işləyən qadınların stress səviyyəsi gün ərzində tez-tez dəyişikliyə məruz qalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.