Nə üçün qarın üstə yatmaq olmaz?

23-10-2017, 08:53           
Nə üçün qarın üstə yatmaq olmaz?
Qarın üstə yatmaq ən ziyanlı vərdişlərdən biri sayılır. Bu pozada bir çox orqan və sistemlərin fəaliyyəti pozulur, insan normal dincəlmir, səhər özünü yorğun hiss edir.

teref.az Sağlamolun.az-a istinadən sizə qarın üstə yatmağın ziyanlarını təqdim edir.

1. Qarın üstə yatan insanın ağciyəri yaxşı açılmır ki, nəticədə qana daha az oksigen daxil olur. Bu isə bütün orqanizm üçün ziyanlıdır.

2. Bu pozada yatan insanın ağciyərində durğunluq prosesləri inkişaf edir ki, bu da öz növbəsində iltihabların inkiaşfına səbəb ola bilər.

3. Qarın üstə yatan insanın üz dərisi daha tez qocalır, erkən qırışlar əmələ gəlir.

4. Qarın üstə yatmaq qadınlar üçün ziyanlıdır ki, bu zaman süd vəziləri sıxılır. Bu isə süd vəzilərində kistaların, şişlərin inkişafına gətirib çıxarda bilər.

5. Qarın üstə yatan insan başını yana çevirir ki, bu zaman yuxu arteriyası sıxılır və beyinin oksigenlə təmin edilməsi pisləşir. Nəticədə insan yuxudan yorğun və əzgin oyanır. Yaşlı insanlar üçün bu xüsusilə təhlükəlidir ki, yuxu arteriyanın sıxılması insulta səbəb ola bilər.

6. Qarın üstə yatmaq mədə xəstəliklərinin riskini artırır.

7. Qarın üstə yatmaq onurğa üçün ziyanlıdır ki, bu zaman onurğa qeyri-təbii vəziyyət alır və bu da bel ağrılarına, sinirlərin sıxılmasına səbəb ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.