“Bütün “kriminal ailələr” “Quli” ilə dostluq axtarır , o həbsdə olduğu halda “Ded Xasan”, Rövşən Lənkəranski kimi güclü fiqurlar ilə mübarizədən qalib çıxdı…” – Rus mediası
25-10-2017, 16:38
22 illik fasiləsiz həbsdən sonra dünən səhər saat 9-da Azərbaycan “Quli” ləqəbli 45 yaşlı “qanuni oğru” Nadir Səlifov azadlığa çıxıb.
Avropa.info xəbər verir ki, Rusiyanın “PraymKraym” saytı “Quli” haqqında yazı yazıb və onu oğru dünyasının “birinci simaları” sırasına daxil edib.
““Quli”nin azadlığa buraxılması haqda söz-söhbətlər hələ avqust ayında ortaya çıxmışdı. Oktyabrından əvvəlindən bu anı səbirsizliklə gözləyirdilər.
Tanınmış ətrafını çıxmaq şərtilə “Quli”ni anası və iki uşaqla həyat yoldaşı qarşılamağa gəliblər. “Quli”ni azadlığa çıxan kimi ilk ziyarət etdiyi yer atasının və silahdaşı Elşən Məmmədovun məzarları olub.
Doğulduğu gündən Gürcüstan vətəndaşı olan “Quli” Azərbaycan sərhədlərini maneəsiz olaraq tərk edib. Ehtimal olunur ki, onun növbəti dayanacağı İstanbul olacaq. İstanbul “qanuni oğru” fəallığının yeni mərkəzi olmaq üçün bütün şanslara malikdir.
“Quli”ni azadlığa çıxması ilə müxtəlif səbəblərə görə, “Şakro” vaxtında baş tutmayan dəyişikliklər gözlənilir. Paradoksal olsa da, həbsdə olduğu müddətdə “Quli” çöldə baş verənlər üzərində öz təsirini saxlaya bilib. İspaniya həbsxanasında olmuş “Şakro”dan çox. “Şakro” kimi “Quli” də “qanuni oğru klanlarının müharibəsi” kimi tanınan Oniani və Usoyanın arasında gedən müharibəyə özünü bulaşdırmamağa müvəffəq ola bildi. Öz-özlüyündə bu amil “oğru dünyası”nda “Quli”nin avtoritetini hamıdan yuxarıda tutur. Belə ki, kim ki, işə bulaşmayıb müstəqil tərəf kimi münaqişəni həll etmək hüququna malik edir.
Böyük ümid bəslənilən “Şakro” münaqişəni “dondura” bilmişdi, ancaq münaqişə aparan tərəfləri barışdırmaq mümkün olmadı. Canqveladze həbsdə olduğu müddətdə bunun üçün fiziki ön şərtlər yox idi. İndi münaqişəni ölü nöqtədən tərpətmək üçün “Quli”nin bütün şansları var, əgər arzu olarsa. Problem ondadır ki, tərəflər özləri bunu istəmir, hər halda belə görüntü verirlər. Son nəticədə hər kəs öz qiymətini qaldırır və uğrunda döyüşdüyü şeyi almağa çalışır. Digər tərəfdən, kənar münaqişəni olduğu kimi saxlamaq “Quli” üçün daha sərfəlidir.
Necə olmasa da, bu gün bütün “ailələrin başçıları” “Quli” ilə dostluq axtarırlar. Hər halda heç kəs bunun nə ilə nəticələnə biləcəyini düşünərək, onu öz düşmənləri arasında görmək istəməz. “Quli” həbsdən çıxmadan “oğru dünyası”nın “Ded Xasan”, Rövşən Lənkəranski kimi güclü fiqurları ilə mübarizədən qalib çıxdı.