Ermənistanda əsgərlərin müalicəsinə məhdudiyyət qoyuldu

26-10-2017, 12:29           
Ermənistanda əsgərlərin müalicəsinə məhdudiyyət qoyuldu
"Cəmiyyət üçün təhlükə yaradan, yalnız məhdud sayda xəstəliklər olduğu halda əsgərin məcburi müalicəsi aparılır".

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə dünən Ermənistan parlamentində “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı ölkənin müdafiə naziri Vigen Sarkisyan bildirib.

“Yelk” fraksiyasının deputatı Artak Zeynalyan hərbi çağırışçıların müalicəsinin doğrudan da dövlət sifarişi əsasında aparılmalı yoxsa onlar məcburi hərbi xidmətə yararlı olsun deyə müalicə olunmağa məcbur edilməlidirmi ? sualına Vigen Sarkisyan bu şəkildə cavab verib.

“Cəmiyyət üçün təhlükə yaradan, yalnız məhdud sayda xəstəliklər olduğu halda əsgərin məcburi müalicəsi aparılır”, - deyə Sarkisyan bildirib.

Ermənistan parlamentinin deputatı və müdafiə naziri arasında baş verən dialoq Ermənistan ordusunda xidmət edən hərbçilərin sağlamlıq problemlərinin nədən qaynaqlandığını ortaya çıxarır. Erməni əsgər anaları və aprel döyüşlərində yaralanan hərbçilər tərəfindən səsləndirilən şikayətlərin əslində bir səbəbi var. Ermənistan müdafiə naziri yalnız kəskin xəstəliklərin "müalicəsi" ilə bağlı məsələləri öhdəliyinə götürür. Qalan hərbi qulluqçular isə, ya intihar etməli, ya da nəinki ordudan hətta ölkədən də uzaqlaşmalıdırlar.

Xatırladaq ki, düşmən ordusunda ağır xəstəlikdən, xüsusilə sümük xərçəngindən ölən hərbçilərin sayı kifayət qədərdir. Bu fakt Vigen Sarkistyanın "cəmiyyət üçün təhlükə yaradan, yalnız məhdud sayda xəstəliklər olduğu halda.." sözünü bütün çılpaqlığı ilə ifşa edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.