Şaumyanın əsir alınması və müsəlmanların ermənilərdən xilas edilməsi- TARİX

30-10-2017, 08:40           
Şaumyanın əsir alınması və müsəlmanların ermənilərdən xilas edilməsi- TARİX
Gələn il Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Moderator.az yubiley münasibətilə hazırlayacağı yazılar silsiləsindən tanınmış şair, publisist, professor Vüqar Əhmədin böyük dövlət xadimi, ADR lideri Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə həsr etdiyi "Son nəfəsədək Azərbaycan" romanını fəsillərlə təqdim edəcək.

M.Ə.Rəsulzadənin 130 illik yubileyi münasibətilə yazılan romanda arxiv materiallarına və tarixi sənədlərə istinad edilib:



Daşnaklar təxminən 50 müsəlmanı əsir götürərək ayrı-ayrı yerlərdə zirzəmilərə yığıb ağla sığmayan işgəncələrlə əsir kimi saxlayırdılar. Bu insanları zirzəmilərdə saxlamaqda daşnakların məqsədi eyni zamanda müsəlman-türklərin güclənə biləcəyi, onlara üstün gələ biləcəyi təqdirdə girov kimi istifadə etmək, əgər silahlarını yerə qoymasalar, beş yüz insanı zaman-zaman qətlə yetirməklə qorxutmaq idi. Daşnaklar, sayları çox az olsa da onlarla ölüm-dirim savaşına girən “qoçu dəstələri”ndən əslində möhkəm qorxurdular. Odur ki, bu beş yüz nəfəri girov saxlamaqla qoçuları zərərsizləşdirmək istəyirdilər.

Vaxtilə, 1905-ci ildə Şaumyanla birlikdə müsəlmanlara qarşı tətbiq olunan kütləvi qırğının təşkilatçısı, eyni zamanda sərmayədəri olmuş, imarətinin zirzəmisində külli miqdarda silah-sursat, partlayıcı maddə, bomba gizlətmiş və o zaman Bakı qoçularının başçısı Ağakərim tərəfindən gəbərdilmiş Lala Lalayevin bacısı oğlu daşnak hərbi birləşmələrinin başçılarından biri Stepan Lalayev daşnaklar əlli adamı giriv götürəndən sonra Bakı qoçularının başçısı, ermənilərə qan udduran Nəcəfquluya belə bir məktub göndərmişdi: “Artıq daşnak ordusu Cənubi Qafqaza hakimdir. Hər yer bizim itaətimizdədir. Erməni cəsarəti, erməni gücü, erməni ağlı nəhayət ki, özünü nümayiş etdirdi. Bizimlə mübarizə aparmaq sərçənin qartalla mübarizəsinə bənzəyir. Qoçu Nəcəfqulu! Üç dörd nəfər qotur müsəlmanla Bakının dalanlarında gizlənib dünyanın ən qüdrətli ordusu olan daşnak ordusu ilə, dünyanın ən güclü və rəşadətli əsgəri olan erməni əsgəri ilə mücadilə etməyin çox gülüncdür. Yaxşısı budur silahı yerə qoyub təslim olasız. Sənə söz verirəm ki, şəxsən özüm səni və sənin əmrinlə oturub-duran bütün qoçuları gəmiyə mindirib İrana yola salacağam. Onu da bil ki, əlli nəfər musurmanı girov götürmüşük. Əgər təslim olmazsanız yavaş-yavaş hamısını güllələyəcəyik. Sabah saat on ikiyə qədər gəlib bir nəfər kimi təslim olmasaz, hər bir saatdan bir beş nəfər güllələnəcək”.

“4-cü daşnak diviziyasının komandanı Stepan Lalayev”..

Nəcəfqulunun iqamətgahı “İçərişəhər”də idi. O burda çox məhşur qoçular, qoçu Bilalla, qoçu Aydınla, Qalalı Hacıbala ilə və yumruğu ilə öküzü öldürən məhşur pəhləvan Qoçəli ilə qərar tutmuşdu. Onların hər birinin əlinin altında iyirmi-otuz igid var idi. Bu qoçu dəstələri əsasən gecələr İçərişəhəri tərk edib gizlicə daşnak mövqelərinə hucum edir, imkanları daxilində onlara sarsıdıcı zərbələr endirirdilər. Daşnakların sayı onlardan ən azı beş yüz dəfə çox olsa da, çox vaxt iyirmi-otuz nəfərdən ibarət müsəlman dəstəsinin əlində aciz qalır, çoxlu itgi verəndən sonra köməyə erməni Ter-Qabreilyanın rəhbərliyi altında və əslində ermənilərdən ibarət olan bolşevik əsgərlərini və bolşevik hərbi donamasının matroslarını çağırırdılar. Bir sözlə daşnaklar bu qoçu dəstələrindən tük salırdılar. Nəcəfqulunun isə adı gələndə zəhrləri yarılırdı. Stepan Lalayev də Nəcəfquludan möhkəm üyüdürdü. Lakin tabeliyində olan daşnak əsgərlərinin yanında özünü o yerə qoymur, onlara qəhrəman kimi görünmək istəyirdi. Nəcəfquluya məktubu isə əlləri titrəyə-titrəyə yazmışdı. O, Bakıda doğulub böyüdüyü üçün müsəlmanca təmiz bilirdi və nəinki təmiz bilirdi, hətta gözəl bir hüsnü-xəttlə yazmağı da bacarırdı.

Qoçu Nəcəfqulu onun məktubunu oxuyandan sonra çox qəzəbləndi və əlini özündən biixtiyar bir neçə dəfə “mauzer”inə apardı. Lakin, “qəzəbli başda ağıl olmaz”,-deyə fikirləib hirsini soyutmaq üçün çubuq doldurub çəkdi. Sonra “Özünü müdafiə dəstəsi”nin mücahidləri ilə məsləhətləşdi. Bir qədər məsləhətləşmədən sonra qoçu Bilal buyurdu:

– Biz hökmən sabaha qədər erməni icmasının üzvülərindən bir neçəsini girov götürməliyik. Yalnız bu yolla o yazıqları xilas eləyə bilərik. Daha doğrusu erməniləri yalnız 50 müsəlmanın azad olması müqabilində sərbəst buraxarıq. Əgər sövdələşmə baş tutmasa onda həmin erməniləri it kimi gəbərdərik. Bundan başqa bizim heç bir çıxış yolumuz yoxdur.
Nəcəfquli dilləndi:
– Erməni icmasının üzvüləri qoyun sürüsü kimi bir yerdə deyirlər ki, haylayıb qatasan qabağına. Hərəsinin öz xarabası var.

Bu vaxt inanılmaz dərəcədə fiziki gücə malik olan, Rüstəm-Zal təpərli, Koroğlu hünərli Qoçəli dedi:
– Biz onların hərəsini öz xarabasından oğurlaya bilərik.
Nəcəfqulu cibindən tənbəki kisəsi çıxartdı:

– Hər erməni dğasının evinin qabağında ən azı əlli nəfər daşnak keşik çəkir.
Qoçəli də öz növbəsində cibindən iri başlı qəlyan çıxartdı:
– Qarşıda uzun gecə var. Erməni əsgərləri çox ətalətlidi. Bütün günü donuz kimi yeyib-içirlər. Gecələr keşikdə olanları yuxu basır. Biz pusquda dayanarıq. Xəlvətcə hucum eləyib bir-bir nəfəslərini kəsərik. Özü də əsas Şaumyanı girov götürmək lazımdı. Şaumyan bütün ermənilərin başçısıdı. Bu qırğın oyununa o vaxtı da o başlamışdı, indi də o göstəriş verib. O, erməni tayfasının düşünən beynidi. Özü də Leninin yanında böyük nüfuz sahibidi. Onun evini tanıyıram. Bilirsiz nə var?! Heç nə lazım deyil. Elə tək Şaumyanı yaxalasaq kifayətdir. Mən əminəm ki, daşnaklar Şaumyana görə 5o müsəlmanın hamısını girovluqdan azad eləyərlər. Onu mənim öhdəmə buraxın! Bu gecə inşallah onu girov götürəcəyəm!
Nəcəfqulu soruşdu:
– Sən ora tək getmək istəyirsən?
– Hə! Belə daha yaxşıdı.
Nəcəfqulu yaxınlaşıb əlini onun kürəyinə vurdu:
– Sənə inanıram Qoçəli! Özünü qoru!
Bununla da onların bu barədə söhbətləri bitdi.
Gecə yarı idi. Şaumyan yenə arxasını arvadına çevirib yatmışdı və yuxusunda dünyanın yarısı boyda bir Ermənistan görürdü. Özü də tək Azərbaycan, Türkiyə yox, bütün İran, İraq, Suriya, Hindistan, Türküstan, Qafqaz, Rusiya, Avropanın bütün ölkələri, Çin, Yaponiya bu Ermənistana daxil idi. O, yuxuda görürdü ki, dünyanın yarısını əhatə edən Ermənistanın padşahıdır və brilyantdan başı buludlara dəyən bir sarayı var. Taxtı isə qızıldandır. Sarayın tən ortasında türk başlarından düzəldilmiş sutun var. Ona çox inanan Nərimanovun, Əzizbəyovun, Vəzirovun, Həmid Sultanovun və başqa müsəlman bolşeviklərin də başı burdadır və o, onlara baxıb iblisanə qəhqəhələrlə gülür. Qarşısında lüt anadan gəlmə erməni qadınlar göbək ata-ata rəqs eləyirlər. O, özü də taxtından düşüb göbək rəqsi eləyə-eləyə qadınların arasına girir və hamıdan yaxşı göbək atmağa başlayır. Bir kənarda isə həddindən artıq uzun zurnalarda musiqi ifa olunur. Bir qədər sonra zurna çalanlar yavaş-yavaş ona sarı gəlməyə başladılar və zurnaçalanlardan biri zurnasını yavaş-yavaş onun boğazına sürtməyə başladı. Şaumyan əsəbləşib əliylə zurnanı itələyir, lakin zurnaçı yenidən zurnasını onun boğazına sürtür. Şaumyan yenə zurnanı kənarlaşdırdı, lakin zurnaçı əl çəkməyib yenə zurnasını onun boğaz nahiyəsinə sürtüşdürdü. Şaumyan yenə zurnanı itələmək istədi ə bu vaxt yuxudan ayıldı. Olduqca nəhəng bir türk iti xəncəri onun boğazına söykəmişdi. Şaumyanın dərhal bənizi kağız kimi ağardı, keçi saqqalının tükləri cürbəcür istiqamətə əsməyə başladı. Nəhəng türk xəncərlə onun boğazını qaşıdı:
– Oyandın, las xoruz! Dur gedək mənimlə!
Şaumyan zorla dilləndi:
– Keşikçilər?!..
Nəhəng türk, ayı pəncəsinə bənzəyən əliylə qəfildən onun kəkilindən yapışdı:
– Sənin keşikçilərin artıq cəhənnəmin dibində irinli su içirlər.
Şaumyan zarıdı:
– Məni hara aparırsan?
– Cəhənnəmin lap isti bucağına!
– Mən daşnak deyiləm, bolşevikəm. Sinfi mübarizə aparıram. Daşnaklara nifrət eləyirəm. Erməni xalqı ilə müsəlman xalqını barışdırmaq istəyirəm. Bunu hamısı bilir. Lenin elə buna görə məni baş komissar vəzifəsinə təyin eləyib.
– Yox əşi... Ax, necə inandım, necə inandım. Sən mələk imişsən ki, bizim xəbərimiz yoxdu. Deməli bolşeviksən.
– Bolşevikəm!
Nəhəng türk istehza ilə gülümsədi:
– Mən bolşeviklərə də nifrət eləyirəm. Ona görə də indi səni aparıb iyrənc ətindən qıyma düzəltdirib bolşeviklərə göndərəcəyəm.
Şaumyan ömründə bu nəhəngliyində adam görməmişdi. Türk o qədər zorba idi ki, Şaumyan onun yanında çaqqalın pələng yanında göründüyü kimi görünürdü. Bundan əlavə türk çox güclü idi. O, Şaumyanın kəkilindən elə tutmuşdu ki, Şaumyana elə gəlirdi ki, bir dəfə güc verib dartsa, başı bədənindən qopacaq. Şaumyan heç vaxt ermənilərin arasında beləsinə rast gəlməmişdi. Bu türkün otuz keşikçini təkbaşına öldürməsi, heyrətamiz cəsarəti, fövqəladə fiziki qüdrəti, həddindən artıq qəvi cüssəsi Şaumyanın uşaq vaxtından alovlanan “Böyük Ermənistan” arzularını puç edirdi;-“Əgər türk analar bu cür övladlar doğurdusa, deməli ermənilər heç vaxt öz istəklərinə nail ola bilıməyəcəklər”.
Nəhəng türk, Şaumyanı bir yarızirzəmiyə gətirib saldı və cibindən iki dənə ağ kağız, qara kağız və qələm çıxarıb ona uzatdı:
– Ağ kağızın birini qara kağızın altına, o birini üstünə qoy və rus dilində Lalayevə yaz ki, 50 müsəlmanı girovluqaan azad eləsin. Yoxsa kəlləni parçalayıb beynini çıxarıb sümsük köpəklərə atacağam.
Şaumyan bu gözləri yalnız ölüm saçan türkün üzünə baxa bilmirdi. Hər dəfə ona tərəf baxanda ona elə gəlirdi ki, tək onun deyil, bütün ermənilərin sonu gəlib. Odur ki, ona tərəf baxmamağa çalışırdı. Özü də qorxudan vücudu elə bir halda idi ki, sanki bu dəqiqə ödü dağılıb bütün varlığını zəhərləyəcəkdi. O, gücünü zorla toplayıb udquna-udquna soruşdu:
– Əgər girovlar azad olsa, bəs mənim aqibətim necə ola¬caq?!
Nəhəng türk sakitcə dilləndi:
– Biz müsəlmanıq, çox işıqlı və gözəl dinimiz var. Hər zaman da verdiyimiz sözün üstündə durarıq. Ermənilər kimi nacins və yalançı deyilik. Girovlar azad olan kimi səni buraxacağam, hansı cəhənnəmə istəyirsən get.
Şaumyan müsəlmanların verdikləri vədə daim əməl elədiklərini çox gözəl bilirdi. Odur ki, dərindən nəfəs alıb Stepan Lalayevə rus dilində məktub yazdı. Məktubda bu sözlər yazılmışdı; “Əziz qardaşım Stepan! Qoçular sənin girov saxladığın 50 müsəlmanın əvəzinə məni girov götürdülər. Əgər sənin yanında mənim həqiqətən də dəyərim varsa, müsəlman girovları azad et və razı olma ki, doğma qardaşın qədər sevdiyin adamı yırtıcı qoçular paralasın! Özün çox yaxşı bilirsən ki, mən bütün erməni xalqına çox gərəkli adamam və ömrü boyu erməni xalqının mənafeyindən ötrü çalışmışam. Xahiş edirəm girov saxladığın 50 müsəlmanı azad edəsən. Yoxsa yüz minlərlə insanın arzuları puç olacaq. Əgər erməni xalqını daha ağır fəlakətlərə yuvarlamaq istəmirsənsə sözlərimə əməl et! Əziz dostun və qardaşın Stepan Şaumyan”...
Nəhəng türk məktubu oxuyandan sonra bir üzünü cibinə qoyub o biri üzünü Lalayevə göndərdi.
Lalayev, Şaumyanın ona göndərdiyi məktubu oxuyandan sonra olduqca əsəbi halda məktubu cırıb bir kənara atdı, sonra bir qədər o tərəf, bu tərəfə var-gəl edib dodaqaltı nəsə donquldandı. Bu müddət ərzində bir neçə dəfə əlini cibinə aparıb podsiqarını çıxarıb papiros çəkmək istədi, lakin hər dəfə qaytarıb podsiqarı yerinə qoydu və nəhayət dodaqlarını hiddətlə bir-bi¬rinə sıxıb 50 müsəlman girovun azad olunması üçün əmr verdi.
Bir saatdan sonra daşnaklar əlli nəfər müsəlman girovu azad etdilər. Qoçəli isə söz verdiyi kimi Şaumyanı buraxdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.