Namus cinayətinə görə həbsdə yatan gəncin müəmmalı qətli — TƏFƏRRÜAT

18-01-2018, 12:47           
Namus cinayətinə görə həbsdə yatan gəncin müəmmalı qətli — TƏFƏRRÜAT
Hadisə yanvar ayının 15-də gecə saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.
“Ölkə.Az”-ın məlumatına görə, 1992-ci il təvəllüdlü Abdullayev Osman Fazil oğlunun meyiti avtomagistralın kənarında tapılıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparılıb. Cinayət baş verən ərazidən “Makarov” tipli tapançanın 4 gilizi tapılıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb və 26 yaşlı gəncin başından 1 güllə ilə qətlə yetirildiyi məlum olub.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlkin araşdırmalar zamanı Osman Abdullayevin əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub.

Belə ki, Osman Abdullayev 2008-ci ilin fevral ayının 20-də, 16 yaşı olan zaman Gəncə şəhərində 1984-cü il təvəllüdlü Goranboy rayon sakini olan Tural adlı şəxsi qətlə yetirib və 5 il məhkumluq həyatı yaşayıb. Həmin vaxt Osman Turalı bacısına sataşdığına görə qətlə yetirib. 2013-cü ildə həbsdən azad olunan Osman heç bir işlə məşğul olmayıb.

İlkin ehtimallara görə, Yasamal rayonu Alatava qəsəbəsində yaşayan Osman hadisə baş verən gün Qaradağada "söhbət xırdalamağa" gedib.

Hazırda Qaradağ RPİ-nin əməliyyatçıları tərəfindən O.Abdullayevi qətlə yetirən şəxs və ya şəxslərin axtarışları aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru