Təhsil İnkişafı Fondunda Büdcəsindən qeyri-qanuni istifadə: Regionalların rəhbərlərinə 60.000 manatlıq Avtomobillər – Kimin Xeyrinə?

Bu gün, 00:08           
Təhsil İnkişafı Fondunda Büdcəsindən qeyri-qanuni istifadə: Regionalların rəhbərlərinə 60.000 manatlıq Avtomobillər – Kimin Xeyrinə?
Təhsilin İnkişafı Fondu (TİF) Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət məktəblərinin maddi-texniki bazasını müasir standartlara uyğunlaşdıran publik hüquqi şəxsdir. Fondun əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi, layihələrin dəstəklənməsi və ölkənin gələcək nəsillərinə layiqli təhsil imkanları yaratmaqdır.

Lakin son araşdırmalarımız ciddi narahatlıq doğurur: Təhsilmedia.az bildirir ki, Fondun büdcəsindən 12 Regional Təhsil İdarəsinin rəhbərlərinə, həmçinin ARTİ və Elm və Təhsil Nazirliyinə avtomobillər hədiyyə edilib – hər biri üçün təxminən 60.000 manat olmaqla, ümumilikdə 800.000 manatlıq avtomobil paylanıb.

Sual yaranır: Bu pullar hansı mənbədən ayrılıb və bu hədiyyələr Fondun qanuni fəaliyyətinə uyğun gəlirmi? Təhsil İnkişaf Fondunun nizamnaməsi, qanunvericiliyi və digər hüquqi sənədləri göstərir ki, bu cür ödənişlər Fondun səlahiyyətlərinə daxil deyil.

Beləliklə, Təhsilmedia.az bildirir ki, bu əməliyyat ciddi qanunsuzluq və korrupsiya şübhəsi doğurur. Dolayı yolla kimlərin maraqlarına xidmət edildiyi və Fond büdcəsindən 800.000 manatdan çox pulun sui-istifadə olunub-olunmadığı dərindən araşdırılmalıdır.

Oxucularımızı məlumatlandırırıq: təhsil sektorunda şəffaflıq və vəsaitlərin düzgün istifadəsi hər bir vətəndaşın, xüsusilə də gələcək nəsillərin marağındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru