Tanınmış həkim yol qəzası keçirdi

Bu gün, 00:11           
Tanınmış həkim yol qəzası keçirdi
Sentyabrın 7-də saat 16:30 radələrində Bakı-Qazax avtomobil yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bildirilib ki, ilkin araşdırmalara əsasən, “Mercedes” markalı yük avtomobilini idarə edən 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə daxil olub. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Həmin maşınla toqquşmadan son anda xilas olan digər nəqliyyat vasitəsində məşhur pediatr Günay Rəsulova olub.

TEREF xəbər verir ki, o Teleqraf-a açıqlamasında vəziyyətinin yaxşı olduğunu bildirib:

“Hadisə zamanı sükan arxasında idim. Bacım da yanımda idi. Yaxşı ki, təhlükəsizlik kəmərləri hər ikimizdə bağlı idi. O an düşündüm ki, digər maşınlarla toqquşmadan çıxmalıyam. TIR-ın arxa hissəsinə çırpılmaqdan yayınmaq üçün sağa döndüm, ani tormozladım. Maşının sistemi də kömək etdi. Xoşbəxtlikdən nə maşında, nə bizdə xəsarət oldu. Arxa yolun boş olması da bir şans idi”.

Pediatr bildirib ki, sürət həddi 70 km saat olsa da, 60 km saatla hərəkət edirmiş:

“Ən doğru qərarı verdim, sürətim də aşağı idi. Hər şey saniyələr içində baş verdi. Ancaq TIR sürücüsü çox sürətlə gəlirdi. Allah sükan arxasındakı bütün sürücülərimizi qorusun. Ancaq hər kəs yolda daha diqqətli olsun. Evinə, sevdiklərinin yanına yol alan insanlar diqqətsiz sürücülərin qurbanı olmasınlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru