Dünyanın ən qədim mədəniyyətini və sivilizasiyasını yaratmış şumerlər Misir fironlarından daha qədimdir.
Bu gün, 16:54

"Dünyanın ən qədim mədəniyyətini və sivilizasiyasını yaratmış şumerlər Misir fironlarından daha qədimdir. Onların mənşəcə türk olması sübuta yetirilsə də bəzi Avropa alimləri bunu qəbul etmək istəmirlər".
David Rohl, Britaniyalı alim, tədqiqatçı, arxeoloq (Videomüsahibənin linki şərhdə).
“Şumer adında xalq və dil olmayıb, bunların hamısı məqsədli şəkildə uydurmadır. Onlar, yəni mixi yazılarının yaradıcısı Türklərdir. Avropalı və digər alimlər bütün dünyanı çaş-baş salırlar, amma çox gözəl bilirlər ki, mixi yazilarının dili təmiz Azərbaycan və Türkiyə türk dilinin vahid, yəni hələ ləhcələrə ayrılmamış versiyasıdır. Di gəl ki, ayaqlarından da assan, heç biri onu türkə verməz. Necə ki, Avropa ədəbiyyatı Persiyada min ildən çox türk şahlığını qəbul edə bilmir. Əslində onların hamısının bir dərdi var : Nə olur – olsun, bütün gerçək tarixi hadisələr türkün yox “Hind-İran-Avropa”nın olsun”.
Tariyel Azərtürk, Amerikada yaşayan azərbaycanlı alim, fəlsəfə doktoru, türkoloq, tədqiqatçı.
«Turanlılar təxminən 10-12 min il bundan əvvəl səfalı, bəhrəli Dəclə və Fərat çayları hövzəsində məskən salıb, ətraflarında yaşayan saysız-hesabsız vəhşi qəbilələrin heyrətli nəzərləri altında dünya sivilizasiyasının səhərini açdılar. Dünyada ulu bir mədəniyyətin məşəli alışdı".
İngilis alimləri S.Leoyd və Q.Çayld
Fransız alimi E.Rekli də bu fikirdədir ki, şumerlərin dilində İran və semit dillərinə xas olan cizgilər yoxdur, əksinə Turan və Ural-Altay dilləri ilə birbaşa qohumluq var.
Türk alimi Ahmet Cavat isə birmənalı şəkildə yazır: «Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilib. Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr etdirən Vooley şumerlərin morfoloji cəhətdən «əski türkcəyə bənzər» bir dildə danışdığını qəbul edir. «Şumerlər türkdür, şumerlərin türk olduğu məsələsinin çoxlu sübutları var. Bizi bu qənaətə gətirən iki ən güclü sübut vardır: 1) dil sübutu, 2) geoloji və arxeoloji sübut».
Tanınmış şumerşünasların bir çoxu şumerlərin iskit-türk mənşəli xalq olduğunu təsdiqləyirlər. Məşhur şumerşünas alimlər M.Belitski, D.Reder, E.Reklü, F.Qommel, Vooley və b. şumerlərin türklərlə genetik qohum olduqlarını qeyd ediblər. Dmitri Reder yazır: «Şumerlərin dili ayrıca bir dildir. Bizə məlum dil ailələri ilə onu bağlamaq, hələlik əsaslı və mübahisəsiz nəticələr verməyib. Yalnız onu qəti demək olar, o, iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər».
Aydın Mədətoğlu Qasımlı , fəlsəfə doktoru, türkoloq.
Azərbaycanlıların səhifəsi