Qazaxıstanda oğul atasını döyüb – cinayət işi AÇILIB
Bu gün, 07:04
Türküstan vilayətində oğulun atasını döyməsi faktı ilə bağlı cinayət işi açılıb. Ajans.az xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Sosial şəbəkələrdə kişinin atasını döyməsi ilə bağlı video yayılıb. Fakt üzrə cinayət işi başlanıb”, – məlumatda qeyd olunub.
Şübhəli şəxs saxlanılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
“Hadisənin bütün halları araşdırılır. Zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir, nəticələrə uyğun olaraq müvafiq qərar veriləcək. Cinayət Prosessual Məcəlləsinin 201-ci maddəsinə əsasən, istintaqın maraqları naminə digər məlumatlar açıqlana bilməz”, – DİN bildirib.