"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Bu gün, 09:26           
"Nizami City" yaşayış kompleksinin nümayəndələri vətəndaşı razı salmadan, bütün kommunikasiya xətlərini kəsib.

Bu barədə "Sitat.info"ya 6-cı paralel küçədə yaşayan sakin Yasamən İbrahimova danışıb.

Y.İbrahimova bildirdi ki, şirkət kommunal xətləri kəsməklə onu evindən didərgin salmaq istəyir: "Nizami City" yaşayış kompleksinin nümayəndələri məni köçürməmiş söküntü işləri aparırlar. Evdə azyaşlı da var. Hər tərəfimizdə iş gedir.
"Nizami city" vətəndaşın evini başına uçurur:
Səs-küydən ağız deyəni qulaq eşitmir. Qorxuruq, hər an faciə baş verə bilər. Evimizin dördbiryanında xəndəklər qazıblar. Hündür hasarlar çəkiblər. Kranlar evimizin üzərində işləyir. Çölə çıxmağa qorxuruq. Belə bir təhlükədə yaşayırıq. Biz deyirlər ki, sizi 1-2 aylıq başqa əraziyə köçürək. Sabah evimizi sökdülər, bunlara güvən yoxdur. Kompensansiya versinlər, sonra bizi köçürsünlər.

Bu barədə aidiyyatı qurumlara müraciət etmişəm, baxan yoxdur".

Vətəndaş qəzalı duruma düşən evinin və həyətinin videogörüntüsünü bizə yollayıb.

TEREF həmin görüntüləri təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru