Məşhur rep ifaçısı Kardi Bi "Am I the Drama?" adlı yeni albomu üçün Nyu-York küçələrindən birində satış nöqtəsi yaradıb.
Oxu.Az xəbər verir ki, müğənninin reklam kampaniyasının videosu onun sosial şəbəkə hesabında yayılıb.
Kardi Bi yeni albomun bütün versiyalarını yerə sərərək müştərilərə təqdim edir. CD və vinildə müxtəlif dizaynlarda olan məhsul 9.99 dollara təklif edilir.
Hip-hop sənətçisi postun altına küçələrə çıxıb bu albomu satmalı olduğunu qeyd edib.