OPEC: Yeddi OPEC+ ölkəsi neft hasilatını azaldacaq

Bu gün, 08:54           
OPEC: Yeddi OPEC+ ölkəsi neft hasilatını azaldacaq
Yeddi OPEC+ ölkəsi – Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Qazaxıstan və Oman neft hasilatındakı artıqlığın kompensasiyası ilə bağlı yenilənmiş planlar təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) məlumat yayıb.

Məlumata görə, ümumilikdə bu ölkələr 2025-ci ilin avqustundan 2026-cı ilin iyun ayınadək artıq hasil edilən 4,779 milyon barel nefti kompensasiya etməlidirlər.

Bildirilir ki, əvvəlki qrafiklə müqayisədə qeyd olunan dövr üçün nəzərdə tutulan ümumi kompensasiya həcmi 1,692 milyon barel artıb.

Qazaxıstanın kompensasiya planı ümumilikdə 2,63 milyon barel təşkil edir və bu, OPEC+ ölkələri arasında ən böyük həcmdir.

Kompensasiya edilməli olan həcmdən Rusiyanın payına 311 min barel düşür.

İraq 2026-cı ilin iyununa qədər 1,4 milyon barel, Küveyt 59 min barel, BƏƏ 309 min barel, Oman isə 70 min barel həcmində kompensasiya həyata keçirəcək. Səudiyyə Ərəbistanı isə artıq öz öhdəliklərini tam yerinə yetirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru