Arnold Şvartseneggerin oğlu gizli şəkildə evlənib

Bu gün, 17:24           
Arnold Şvartseneggerin oğlu gizli şəkildə evlənib
Arnold Şvartseneggerin 31 yaşlı oğlu Patrik 28 yaşlı model Ebbi Çempionla evlənib.

"The Daily Mail" xəbər verir ki, gənclər 2015-ci ildən görüşürdülər və 2023-cü ildə nişanlandıqlarını elan ediblər.

Lakin Patrik Şvartsenegger "Ağ lotus" serialının üçüncü mövsüm çəkilişləri ilə əlaqədar toyu təxirə salmalı olub.

Bildirilir ki, toy bu yaxınlarda səs-küy olmadan, yaxın dostların dar çevrəsində baş tutub. Mərasim Aydaho ştatında klubların birində keçirilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru