"Laçın kürd torpağı deyil"
16-09-2015, 15:37
Arif Paşa Laçının kürdləşdirilməsi tarixindən yazıb. “Lacında qondarma "Kürdüstan" sözü, o torpaqların bütün tarixi boyu ilk dəfə 1923-cu ildə Mikoyan və Hüsü Hacıyevin "müəllifliyi" ilə "dunyaya göz açıb".
Bu sözləri Qarabağ döyüşçüsü, Laçın batalyonunun keçmiş komandiri Arif Paşa özünün facebook hesabında yazıb. Arif Paşanın sözlərinə görə, Laçın əhalisinin mütləq əksəriyyəti türk kökənli idi: “1929 -cu ildə bu proseslərə qarşı üsyan edən Laçın əhalisinin tələbi ilə siyahiyaalma keçirilmiş, əhalinin yalnız 2%-nin kürd kökənli olduğu məlum olmuşdu. 1932-ci ildə bu qondarma ad ləğv edilmiş, ancaq 1937-ci ilin mart ayının 21-de Laçının TÜRK torpağı olmasının sübut olunması üçün savaşan 700 türk oğlu, sonralar 1941-1945-ci ildə həlak olmuş müharibə iştirakçılarının abidəsi tikilən əraziyə yaxın yerdə NKVD cəlladları tərəfindən güllələnmişdi. Onların kiçiyinin yaşı 18, böyüyünün yaşı 74 idi. Bu insanların suçu ondan ibarət idi ki, onlar Laçın obasının TÜRK YURDU olmasını sübut etmək üçün çaba göstərmişdilər.
1938-ci ildə ermənilər tərəfindən çəkilmiş və bu gün bəzilərinin sosial şəbəkələrdə paylaşdığı lent var. Orada Qarakeşis kəndi əhalisinden söhbət aşılır... Bütün Laçın Yurdu Kürdüstan kimi qələmə verilir”. Arif Paşa kürdlərin bir sıra milli oyunlarının da türklərə məxsus olduğunu yazır: “Martirosyan bir səhv buraxır: o deyir - kürd xalqının "Kilim arası", "Maral oyunu" kimi milli oyunları var... Bunlar türk millətinə aid xalq tamaşaları idi və kürd dilində bu qədim oyunların adi türkcə ola bilməzdi. Martirosyan bunu nəzərə ala bilməmişdi...
1937-ci ilin repressiyalar fonunda onlar bizim bir millət kimi tamamilə sıradan cıxarıldığımızı güman edib, tarixi həqiqətləri özlərinə sərf edən şəkildə qələmə verirdilər. Amma maraqlı nüans budur: Niyə ermənilər o ərazini ciddi-cəhdlə kürd torpaqları kimi qələmə verirdilər? Düşünməyə dəyər. Digər tərəfdən əlimizdə əhalinin say tərkibi haqqında 1738-ci ilin Tiflis arxivindən çıxarılmiş sənədlər var. Orada Bozlu əhalisinin 27 %-nin kürd, yerdə qalan 73%-nin türk olduğu, eləcə də, indiki Köhnəkənd əhalisinin 15%-nin kürd olduğu göstərilir. Halbuki biz Bozlu kəndini tamamilə kürdlər yaşayan, Köhnəkənd kəndini isə tamamilə türklər yaşayan ərazi bilirdik...”