ALLAHVERDİ BAĞIROVUN HƏLAK ODUĞU YEDRƏ QOYULAN XATİRƏ DAŞI İLƏ BAĞLI YARADILMIŞ AJİOTAJA SÖZ ARDI...

31-07-2018, 09:52           
ALLAHVERDİ BAĞIROVUN HƏLAK ODUĞU YEDRƏ QOYULAN XATİRƏ DAŞI İLƏ BAĞLI YARADILMIŞ AJİOTAJA SÖZ ARDI...
Azərbaycan mətbuatının "qanundan kənar" övladları olan saytlarımız bu dəfə də fakta yanaşma bacarıqsızlığını nümayiş etdirdilər. Demək olar ki, mövcud fakta eyni rakursdan yanaşaraq əllərində olan fotoları heç olmasa köhnə fotolarla tutuşdurmadılar. Lakin bu "zirək" "şoook!" jurnalistikamız dəyərli alimimiz, BDU, Tarix fakültəsi Erməni Araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdinin tərcüməsi ilə yayılmış mətni yanlış təqdimatla yayıb əlavə oxucu cəlb etmək üçün xatirə daşını, məzar ilə əvəz etmişlər. İ. Tanrıverdi öz facebook səhifəsində təqdim etdiyi tərcümə mətnini yenidən yayınlayaraq bu sözləri kontekstə çıxarıb: " Dünən öz FB səhifəmdə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov haqqında erməni mətbuatına istinadən paylaşdığım video materialı bir çox saytlar təhrif olunmuş şəkildə verilmişlər. Belə ki, mən erməni saytlarında olduğu kimi tərcümə etmişəm ki, "ABİDƏ-QƏBİR DAŞI ALLAHVERDİ BAĞIROVUN ŞƏHİD OLDUĞU YERDƏ QOYULMUŞDUR." Yəni, mən onun dəfn olunduğu qəbri nəzərdə tutmamışam. Bu videoda da açıq-aşkar izah olunub.
Lakin bəzi saytlar bu məlumatı A. Bağırovun dəfh olunduğu qəbrin dağıdılması kimi yazmişlar. Bu yolverilməzdir və xahiş edirəm ki, həmin saytlar bu yanlışa görə təkzib versinlər".
Bu informasiya şəhid A. Bağırovun yaxınlarının haqlı narazılığına səbəb olub. A. Bağırovun qızı Zümrüd Bağırova isə Modern.az-a açıqlamasında atasının qəbir daşının dağıdılması xəbərinin həqiqətə uyğun olmadığını, yayılan videodakı məzar daşının atasına aid olmadığını söyləyib: “Atamın qəbrinin ermənilər tərəfindən dağıdılması xəbərini İnstagram səhifəsində gördüm. Ailəsi olaraq yalan məlumatların sosial şəbəkələrdə yayılması bizə pis təsir edib. Bu cür həqiqətə uyğun olmayan xəbərlərin yayılmasına necə yol verirlər axı?!.
Atamın məzar daşını görəndə 6 yaşım vardı. Hadisəni dünənki kimi xatırlayıram. Qeyd edilir ki, guya, atamın məzarı Şuşadadır. Halbuki, atamın məzarı Ağdamdadır. Atamın başdaşı mərmərdən deyil. Adi dəmir parçasıdır.
Yayılan xəbərdə Razmik adlı erməninin adı keçir. Halbuki, o erməninin adı Razmik deyil. Bütün bunların hamısını çox yaxşı xatırlayıram. Çox xahiş edirəm ki, bu cür yanlış məlumatlar yaymasınlar. Hamımız çox narahatıq. Bizim hansı hisslər keçirdiyimizi anlasınlar”.
Mövzu ilə bağlı araşdırma zamanı qaranlıq və məkrli niyyətlərin olduğunu sezməmək mümkün deyil. Saytların səbatsız yanaşması isə əsas məqsəddən hər kəsin diqqətini yayındırmağa xidmət edir. İnformasiya savaşı aparmağa borclu olan Azərbaycan mətbuatı erməni tankının qabağına sapandla çıxmış bir vəziyyətdə olması qəlbimizi ağrıdır. Bu sahəyə peşəkarlar cəlb olunmalıdır. Düzü bu xəcalətli biyabırçılıqdan xilas olmalıyıq.

nformasiyanın, dəyərli alimimiz İ. Tanrıverdi tərəfindən tərcümə edilmiş "xammalını" olduğu kimi təqdim edirik: "ƏZİZ DOSTLAR! İnanmayacaqsınız, amma gördüyünüz bu abidə-qəbir daşı bu günlərdə AĞDAMDA Milli Qəhrəman Allahverdi Bağırovun şəhid düşdüyü yerdə keçmiş erməni dostları tərəfindən hələ 1994-cü ildən qoyulub. Bu il Ağdamın işğalı günlərində abidə yenilənib və yanına gül-çiçəklər qoyulub.
Erməni hərbi operator Arşak Zakaryan 2 gün öncə bunu araşdırdıqda şoka düşüb və bütün Ermənistana car çəkib ki, "Ay aman qoymayın, ermənilər erməni torpağında onların düşməninə abidə - qəbir daşı qoyublar."
Xankəndindən gələn bir qrup erməni qəbir daşını aparıblar şəhərin lap mərkəzinə. Başlayıblar daşdan heyf almağa. Daşı param-parça etdikdən sonra Razmikin axtarışına çıxıblar. Məlum olub ki, Razmik də açıq-aşkar xalqa müraciət edərək bildirib ki, düzdür, o abidəni mən dostlarımla birlikdə düzəltmişik. Biz Allahverdi ilə gənclik dostu olmuşuq. Hətta birlikdə futbol komandasında oynamışıq. Lakin müharibə başlayarkən biz məcburən bir-birimizə qarşı barrikadalarda dayanmalı olduq. (Eyni ilə C. Cabbarlının "1905-ci ildə" əsərindəki kimi...). Sonra yenə də görüşüb əsirlərin dəyişdirilməsində və s. iştirak edirdik.
Dostlar, qəbir daşının üzərinə yazılmışdı: (Kiril hərfi ilə)
АЛАВЕРДИ
ТЕЙМУР ОГЛЫ
БАГИРОВ
1946 - 1992
произв. гожа Гартал
он был настоящим другом
от Размика Петросяна
и ДРУЗЕЙ"...
Bunu erməni mətbuatının yazdığı, videonu erməni Arşak Zakaryanın yaydığı bildirilsə də, bu informasiya filtirasiya edilmədən, bizimkilər abidə-qəbir daşı ifadəsini qəhrəmanın məzarı kimi təqdim ediblər. Axı bunlara, ancaq "şoook-xəbər" lazımdır.

Ona görə də raşdırmalara başladıq. Fakt doğrudur və məqsədin arxasında isə tam bir erməni məkrli niyyətinin dayanmasını aydınlaşdırdıq. Qondarma işğal rejiminin "MTX"-i Razmik Petrosyanı idarəyə dəvət etməsindən öncə o, öz facebook səhifəsində erməni xalqına müraciət edib. Müraciətin tam mətnini təqdim edirik:

"Razmik Petrosyanın erməni xalqına müraciəti...

Hörmətli Həmvətənlər!

Razmik Petrosyan mənəm. Qarabağın özünümüdafiə dəstəsinin ilk qərargah rəisi (1988-1989-ci illər), daha sonra mərkəzi müdafiə rayonunun qərargah rəisi olmuşam və "İgidliyə görə Döyüş Xaçı" medalı ilə təltif olunmuşam. Sizin qəzəbinizi başa düşürəm. Amma istəyirəm ki, siz də bəzi həqiqətləri biləsiniz.
Allahverdi Bağırov milliyyətcə kürddür. Onunla birlikdə uzun illər futbol oynamışıq. Bundan sonra bizə iki müxtəlif barrikadalarda qarşı – qarşıya gəlmək nəsib oldu. Yəni Qarabağ müharıbəsi. Onun vasitəsi ilə əsir düşmüş çox saylı erməniləri Qarabağın müxtəlif rayonlarında öz yurdlarına geri qaytarmağa nail ola bildik. Buna bariz nümunə kimi Əsgəran rayonunun Cinayət axtarışı şöbəsinin keçmiş rəisi Qarib Harutyunyandır ki, hal hazırda o, sağdır.
1988-1989-cu illərdə Sumqayıtdan və Bakıdan 10 minlərlə erməniləri maşınlar vasitəsilə Ağdam ərazisi ilə Qarabağa dəyişdirmişik. Bağırovun sayəsində həmin maşınlara dəyib toxunan olmadı. Bundan başqa, Ağdamda yerləşdirilən iki qrad qurğusundan bir dənə də olsun Stepanakertə mərmi atılmadı. Türklər Stepanakerti ancaq Şuşadan atılan qradlarla vururdular.
Nəhayət sonda onu demək istəyirəm ki, 1994 - cü ildə atəşkəsdən sonra dostlarımla ona həlak olduğu yerdə ilk abidəni qoyduq. İndiki abidəni isə bu yaxınlarda yenilədik. Bu faktdan bir neçə dəfə bizim dövlətimiz müxtəlif Beynəlxalq tədbirlərdə ermənilərin bir tolerantlıq nümunəsi kimi istifadə etmişlər. Başqa bir fonda isə Azərbaycanda erməni abidələrinin və qəbirlərinin dağıdılması ilə əlaqədar əldə etdiyimiz faktlar nümayiş etdirilərdi.
Bilirik ki, iyulun 25-dən Tiflisdə Avropa Birliyi tərəfindən “OAFQAZDA TƏHLÜKƏSİZLİK və TOLERİANTLIQ” mövzusunda elmi yığıncaq keçiriləcək. Bu yığıncaqda bu abidə-qəbir daşı haqqında müzakirələr aparılmalı idi. Həm də televiziya verilişlərində də bu barədə bəzi məqamlara aydınlıq gətirmək üçün hazırlıq işləri aparmışdıq...
Sağ olun"...
(Tərcümə İ. Tanrıverdi tərəfindən edilib)

Bu müraciətdə ağlasığmaz iddialar mövcuddur. Ona görə də informasiya kimi bu deyilənlər Azərbaycan mətbuatında zaman-zaman araşdırılıb. 2008-ci ildə məlum foto sosial şəbəkələrdə yayıldıqdan sonra araşdırmalar aparıldı. Daha geniş araşdırmanı isə Asəf Quliyev (Bugün.az) aparıb. Qeyriləri sadəcə informasiya yaymaqla kifayətləniblər. Xatırladaq ki, Milli Qəhrəman Allahverdi Bağırovun həlak olduğu ərazidə abidənin qoyulması ilə bizim informasiya "kahinlərinin" 10 min avroluq qrant söhbəti, erməni Razmikin iddia etdiyi Avropaya erməni həyasızlığıyla "erməni toleriantlığının təqdim edilməsi" daha inandırıcı görünür. Özü də bu işdə qondarma qurumun da və hətta Ermənistan dövlətinin də əli olduğu görünür. Biz hər şeyi pulla ölçmək şakərimizə uyğun şəkildə Razmik Martirosyanı "qrantyeyən" elan etsək də, burada ciddi məqam Azərbaycanda tanınan bir qəhrəmanın abidəsinin təkcə dostluğa görə deyil, siyasi məqsədlər üçün edildiyini də görə bilərik. Bu saxta "toleriantlıq oyununu" dünyaya növbəti erməni saxtakarlığı kimi təqdim etmək əvəzinə biz az qala erməni "toleriantlığına" televiziyadan haqq qazandırırıq. Məlum dəsti-xətt. "Dostumu verin, başını özüm kəsəcəyəm"-deyən ermənidə sədaqət hissi olmaz. Qarabağda tanınmış şəxslərə aid bir çox abidələri, məhz bu məqsədlə saxlayıblar. Nəvvabın (Şuşa), Sarı Aşıq (Laçın) və s. Çox güman ki, A. Bağırovun Aödamdakı məzarı da, məhz bu məqsədlə qorunmaqdadır.
2014-cü il araşdırma aparmış Asəf Quliyevin sorğusuna Balasanyanın yazdığı cavabda deyilir: "Vitali Balasanyanın cavabını üslubuna toxunmamaq sizlərə rus dilində təqdim edirəm:

Здравствуйте, Асаф

Как командующий обороной Аскеранского района, в годы войны я много раз встречался с командирами азербайджанских военных группировок Агдама. Результатом этого было тысячи спасенных людских жизней для обеих сторон. В Агдаме против нас воевали 2 азербайджанские группировки: войска национального фронта, под командованием Аллахверди Багирова, который взял псевдоним «Годжа Гартал» («Старый Орел»), и войска сторонников Муталибова, под командованием Алаякуби, который называл себя «Гатыр Мамед».

В первый раз необходимость связаться с военнокомандующими Агдама возникла после освобождения Ходжалу, когда азербайджанское население города оказалась перед нами в статусе интернированных лиц. Я связался с азербайджанцами и пригласил представителей национального фронта на встречу для того, чтобы обсудить вопрос передачи горожан им. Мы решили передать всех интернированных лиц без каких-либо предпосылок и обмена.

На фото изображена наша первая встреча. Первая встреча с Аллахверди Багировым произошла 28 февраля 1992 года. Погода была ужасная, я потребовал выдачи автобусов для перевозки азербайджанских жителей в Агдам. В этот же день, в 10 вечера, первая партия азербайджанцев Ходжалу, в основном женщины и дети, была отправлена в Агдам.

С братом Аллахверди – Малеком Багировым, я лично был знаком. Он был менеджером ресторана «Карабах» в Агдаме, до войны я работал в области общественного питания и у меня были близкие отношения с Малеком. Аллахведи рассказал мне, как он оказался в статусе командира.
В конце 80-ых Малек стал командующим Агдамского национального фронта, а 1990 г после прошедшего в Приморском парке Баку митинга был убит неизвестными молодыми людьми. Его заменил брат – Аллахверди, который был известным футболистом и играл в клубах Баку. Однажды Аллахверди даже познакомил меня с сыном Малека.
Если боевые друзья Аллахверди еще живы, хотелось бы, чтоб они связались со мной.
С уважением, Виталий Баласанян".
Vitali Balasanyanın da cavabında 90-cı illərdə aralarında dostluq olduğunu qeyd edib. Məktubda qeyd edilən Malik Bağırovun Ağdam Xalq Cəbhəsinin sədri olması faktı onun Eldar Bağırovun adını yanlış olaraq, bəlkə də öz aralarında işlədilən ikinci adı olmasını ehtimal etməkdəyik və bu faktı araşdırırıq. Çünki Ağdamda XC-nin sədri elə rəhmətlik E. Bağırov olub. Üstəlik, E. Bağırovun o vaxtlar açılmış "Qarabağ" deyil, "Ağdam" restoranında işlədiyi də doğrudur.
Bəs nə baş verir? Bu iki məktubda sadalanmış hər bir fakta aydınlıq gətirəcəyik.
Araşdırmalar davam edir...
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.