Almaniyada 44.3 milyon əhali işləyir: əmək bazarı ilə bağlı maraqlı STATİSTİKA

7-08-2018, 08:46           
Almaniyada 44.3 milyon əhali işləyir: əmək bazarı ilə bağlı maraqlı STATİSTİKA
Almaniya qlobal bir sənaye ölkəsi olaraq tanınır. AzEuroNews.com xəbər verir ki, 2017-ci ilin hesablamasına görə, Almaniyada 44.3 milyon nəfər işləyir. Bu rəqəm ölkə əhalisinin yarısından bir qədər çox təşkil edirdi. Son 12 ildə Almaniyada işləyən insanların sayı artmağa doğru gedib. Bunun səbəblərindən biri də, Almaniyanın “qaçqın siyasəti”dir.

Foto © Gerd Altmann / pixabay.com
Almaniya Avropa Birliyi ölkələri sırasında qadın işçilərin sayına görə də ilk sıralardadır. 2017-ci ilin statistikasına görə, ölkədə işləyən qadınların sayı 18.4 milyon olub. Onlar 20-64 yaş arası olmaqla ümumi əhalinin 75%-ni təşkil ediblər. Bu sahədə ən yüksək göstərici İsveç və Litvada qeydə alınıb. Eyni zamanda Almaniyada işləyən qadınların böyük bir hissəsi tam gün çalışmır.


Foto © Yerson Retamal / pixabay.com
Almaniyada işləyən əhalinin təxminən 3/4 xidmət sektoruna aiddir. İstehsal sahəsində çalışan insanların sayı isə, gedərək azalır. 2017-ci ildə bu qrup insanlar çalışan əhalinin sadəcə 24%-ni təşil edib. Kənd təsərrüfatı ilə məşğul olanlar isə, işləyən əhalinin 1%-dən bir qədər çox hissəsini təşkil edib.

Almaniyada təmir və sənətkarlıq sahəsi üzrə fəaliyyət göstərən müəssisələr də önəmli yer tuturlar. Ölkədə usta işləri ilə bağlı fəaliyyət göstərən kiçik firmaların sayı bir milyondan çoxdur. Bu sahədə çalışanların sayı 5.5 milyondan çox olmaqla bərabər ümumi işləyən əhalinin 12 %-dən çoxunu təşkil edir.


Foto © Dariusz Sankowski / pixabay.com
Almaniyada yaşlı olmasına baxmayaraq işləmək istəyən insanların sayı isə, hər keçən il artır. 2016-cı ildə 65-69 yaş qrupuna aid insanlar işləyən əhalinin 15%-ni təşkil edib. Bundan 10 il əvvəl isə, bu rəqəm 7% olaraq qeydə alınıb.

Almaniyada işsizlik faizi hər keçən il azalır. 2017-ci ildə işsizlik 5.7%-ə düşüb. Bu 1990-cı ildən sonra Almaniyada qeydə alınan ən aşağı işsizlik faizi olub.

İşsiz gənclərin sayına görə də Almaniya ən aşağı faizə sahibdir. Belə ki, 2016-cı ildə 15-24 yaş qrupuna aid olan gənclər arasında işsizlər 7 % təşkil edib. Eyni ildə ümumi Avropada işsiz gənclərin sayı 19 % olaraq qeydə alınıb.

Müxtəlif sahələrdə texnikaya keçid işsizlərin sayını artıra bilər. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) ortaya çıxardığı nəticələrə görə, müxtəlif sahələrdə texnikalaşma 18%-ə qədər işsiz insanların yaranmasına səbəb ola bilər.

İqtisadiyyat sahəsi üzrə araşdırma aparan “Prognos” şirkətinin hesabatına görə, Almaniya hazırda ixitsaslı işçi sarıdan əziyyət çəkir. Almaniya hazırda bununla bağlı bir dövlət proqramı icra edir. 2030-cu ilə qədər ixtisaslı işçilərin sayının 3 milyonu keçəcəyi gözlənilir.

Həkim, xəstə və yaşlı insanlara baxmaq kimi ixtisası olan insanlara ehtiyac isə, hər keçən gün artır.

Almanlar dünyada çalışqan millət olaraq tanınsalar da, dünya ölkələri ilə müqayisədə az işləyirlər. 2017-ci ildə ölkədə oratalam iş saatı illik 1356 olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.