Keçmiş SSRİ ölkələrində nə qədər işsiz var? - SİYAHI
Bu gün, 15:18

Bu il iyul ayının 1-ə olan məlumata görə, Azərbaycanda 281,8 min nəfər işsiz şəxs olub.
“TradingEconomics” xəbər verir ki, Azərbaycan bu göstəriciyə görə keçmiş SSRİ ölkələri arasında 4-cü sırada qərarlaşıb.
Qeyd edək ki, ən çox işsiz sayı Rusiyada olub – 1,7 milyon nəfər. Ən az işsiz sayı isə Belarusda qeydə alınıb. Bu ölkədə cəmi 2,6 min nəfər işsiz şəxsin olduğu bildirilir.
Keçmiş SSRİ ölkələrində işsizlərin sayı aşağıdakı kimi olub:
Ruisya – 1,7 milyon nəfər;
Özbəkistan – 836 min nəfər;
Qazaxıstan – 449 min nəfər;
Azərbaycan – 281,8 min nəfər;
Gürcüstan – 228 min nəfər;
Litva – 156 min nəfər;
Ukrayna – 94,3 min nəfər;
Qırğızıstan – 45,5 min nəfər;
Estoniya – 45,2 min nəfər;
Latviya – 43,9 min nəfər;
Ermənistan – 36,7 min nəfər;
Moldova – 35,2 min nəfər;
Belarus – 2,6 min nəfər.
©Yeniavaz.com