POLİS HƏR ZAMAN KÖMƏYƏ ÇATIR

18-01-2019, 17:34           
POLİS HƏR ZAMAN KÖMƏYƏ ÇATIR
Teref.az - Qarın yağması və istirahətə gələn qonaqları artması ilə əlaqədar şimal rayonlarında polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.

Ötən gündən yağmağa başlayan güclü qar nəticəsində Quba rayonuna gələn turistlərin sayı da artıb. Hərəkətin intensiv olduğu yollarda sakinlərin və gələn turistlərin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər görülür.

Belə ki, Quba RPŞ-nin DYB-nin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində və istirahət zonalarında yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür. Bundan əlavə, RPŞ-nin Post Patrul Xidmətinin əməkdaşları təhkim olunmuş xidməti avtomibillərlə avtopatrul xidmətini yerinə yetirərək, köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.

Polis əməkdaşları tərəfindən göstərilən xidməti sakinlər və gələn qonaqlar yüksək qiymətləndirərək, öz minnətdarlıqlarını bildirirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.