DİN:” Yaşar Rəsulovun verdiyi bu məlumat əsassız, böhtan xarakterli, İctimai-rəyi özünə yönəltmək üçün atılan bir addımdır”
9-02-2019, 12:50

DİN:” Yaşar Rəsulovun verdiyi bu məlumat əsassız, böhtan xarakterli, İctimai-rəyi özünə yönəltmək üçün atılan bir addımdır”
Azia.az saytında “Mingəçevir Polis İdarəsində jurnalisti polis bu hala saldı-İddia” başlıqlı yazı dərc olunmuşdu. Daxili İşlər nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə yazıya dərhal münasibət bildirdi.
“Yaşar Rəsulovun verdiyi bu məlumat əsassız, böhtan xarakterli, İctimai-rəyi özünə yönəltmək üçün atılan bir addımdır.
Əslində dedikləri əsassızdır, böhtandır Heç bir sübutu olmayan məlumatdır. Bu adam, 2016-cı ilər ərzində Ayrı-ayrı 7 şəxsdən, bir sıra torpaq sahələrinin sənədləşdirilməsi, işə düzəltmə adı altında 26.7 min manat manat pulunu mənimsəyərək dələduzluq etmişdir. Həmin şəxslərin ərizələri əsasında toplanılmış materiallar hələ 2016-cı ilin iyun ayinda Mingəçevir şəhər prokurorluğu tərəfindən dələduzluq maddəsi ilə cinayət işi başlanmış və Mingəçevir şəhər polis idarəsinə göndərilmişdir. Mingəçevir şəhər polis idarəsində 178.2 maddəsi tədbiq edilərək, təqsiləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək polisin nəzarətinə verilmə qəti-imkan tədbiri seçilmişdir. Bu da olub 2017-ci ilin mart ayında.
Bundan başqa Ədliyyə nazirliyinin istintaq idarəsi tərəfindən Cəzaçəkmə müəsissələrinə və ya istintaq təcridxanalarına saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ötürülməsi 29, 317-1.1 maddəsi ilə cinayət işi başlanmışdır. Həmçinin, onun barəsində Mingəçevir şəhər Polis idarəsinin istintaqında cinayət işi olduğu üçün bu işlər bir icraatda birləşdirilib.
Görünür, Yaşar Rəsulovon keçirdiyi ağır xəstəliyi ilə əlaqədar sağlamlığında ciddi problemlər var. Xatırladım ki, Yaşar Rəsulovun ağır xəstəliyi ilə bağlı cinayət işi dəfələrlə dayandırılıb. Keçirəm döyülmə məsələsinə. Barəsində döyülməsi ilə bağlı əlində subut var idimi, təbii ki, belə bir hal yoxdur. Bununla əlaqədar olaraq şəhər prokorluğuna bu adamın döyülməsi ilə bağlı heç bir məlumat daxil olmayıb. Məhkəmə tibbi ekspertizasının rəyini ortaya qoymalıdır.
Ötən il iyulunda Goranboy rayon prokurorluğu tərəfindən cinayət işi ləğv edilərək, təzədən dələduzluqla bağlı iki, birdə Ədliyyə nazirliyi tərəfindən qaldırılan cinayət işi birləşdirilərək icraata götürülmüşdür. Qeyd olunan cinayət işləri yekunlaşdırılaraq Mingəçevir şəhər məhkəməsinə göndərilib. Bu adam məhkəmənin çağırışlarına da əməl etmir. Ona görə hazırda bu şəxs barəsində axtarış elan edilib“.