Bakı Şəhər İcra Hakimiyyəti ağacları kəsənlətə qarşı hərəkətə keçdi
13-02-2019, 16:48
Teref.az - Ərazidə ağac kəsilməsi və yerində obyekt tikintisinə hazırlıq görülməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin “Qaynar xətt”inə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Şəhər İcra Hakimiyyətinin nümayəndələri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “V” yaşayış massivindəki əraziyə baxış keçirmiş, həqiqətən də 1 qurumuş ağacın kəsilməsi faktı aşkarlanmışdır. Faktla bağlı müvafiq araşdırma aparılmış, həmin ərazi məişət və digər tullantılardan təmizlənmiş və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən burada yeni ağaclar əkilmişdir. Eyni zamanda aidiyyəti qurumlara əraziyə nəzarətin artırılması tapşırılmışdır.