Qaxda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

16-11-2020, 10:55           
Qaxda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVİD-19 virusuna yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini M. Allahverdiyevə ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

M. Allahverdiyevin mağazaya getdiyi müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Onunla profilaktik söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.

M. Allahverdiyev barəsində Qax RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.