ETSIN cavab verdi: Tenderlərlə bağlı iddialara aydınlıq gətirilib

16-11-2020, 17:29           
ETSIN cavab verdi: Tenderlərlə bağlı iddialara aydınlıq gətirilib
Teref.az yazır ki, ETSİN saytımızda dərc olunan tənqidi yazıya cavab verib. Cavabı təqdim edirik:
Tərəf.az saytında dərc olunmuş “Ekologiya nazirliyini “ESE”MMC ilə başqa nələr bağlayır?” başlıqlı yazıda əks olunan iddialara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin satınalmalar sektorunun müdiri Nəsib Orucov aydınlıq gətirib.

“Nazirlik tərəfindən 2019-2020-ci illərdə müxtəlif istiqamətlər üzrə satınalınma prosedurları ilə elan edilmiş açıq tenderlərə qatılmış şirkətlər arasında “ESE” Məhdud Məsuliyyətli Cəmiyyəti də olub və həmin tenderlərin bir neçəsinin qalibi elan edilib.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq malgöndərənlərin ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi məqsədilə müvafiq sahədə peşəkarlığını, təcrübəsini, texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini təsdiq edən sənədlər tenderə təqdim edilir.
8 sentyabr 1993-cü il tarixdə qeydiyyata alınmış "ESE" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2000193131) müvafiq dövlət orqanı tərəfindən verilmiş arayışa əsasən kiçik sahibkarlıq subyektinə aiddir və tikinti-quraşdırma işlərini həyata keçirməyə icazə verən lisenziyaya malikdir (Lisenziyalar və icazələr portalından “ESE” MMC-yə verilən lisenziya barədə məlumat əldə etmək mümkündür).
“ESE” MMC Azərbaycan Respublikasında müxtəlif qurum və şirkətlərlə əməkdaşlıq edib və şirkətin rəsmi facebook səhifəsindən bu barədə məlumat əldə etmək mümkündür (https://www.facebook.com/ESE-M%C9%99hdud-M%C9%99suliyy%C9%99tli-C%C9%99miyy%C9%99ti-111081544057796).
Bildiririk ki, 2019-cu ilin mart ayından tətbiq olunan Elektron Portal vasitəsilə bir neçə açıq tenderdə iştirak etmiş şirkətlər arasında “ESE” MMC ən aşağı qiymət təklifi təqdim edərək tenderlərin qalibi olub və həmin şirkətlə müvafiq satınalma müqavilələri bağlanılıb. Bağlanılmış müqavilələrə uyğun olaraq şirkət müqavilə öhdəliklərini müəyyən edilmiş vaxtda və tam həcmdə icra edib, bir neçəsi üzrə isə işlər davam etdirilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.