Noyabrın 20-də gözlənilən hava şəraiti

19-11-2020, 16:34           
Noyabrın  20-də gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin Teref.az-a verdiyi məlumata görə noyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Noyabrın 20-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-10, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.