Siyəzəndə karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb

24-12-2020, 18:24           
Siyəzəndə karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Qanunvericiliyə uyğun olaraq obyektin sahibi Elçin İsgəndərov və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.