Xızı polisi şəhid ailələrini ziyarət ediblər

31-12-2020, 14:39           
Xızı polisi şəhid ailələrini ziyarət ediblər
Teref.az: Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.
Şöbə əməkdaşları torpaqlarımızın azadlığı uğrunda mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalan oğullarımızın ailələrinə baş çəkərək, onlara dərin ehtiramlarını bildiriblər, qayğıları ilə maraqlanıblar.
Görüşlərdə dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, qəhrəman oğullarımızın sərgilədikləri igidlik salnamələrindən danışılıb, ailələrə sovqatları təqdim edilib.
Şəhidlərin ailə üzvləri göstərilən diqqətə görə ölkə rəhbərliyinə və polis əməkdaşlarına öz təşəkkürlərini bildiriblər.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.