Masallıda yaşayış yerini tərk edən daha 2 koronavirus xəstəsi aşkarlandı
7-01-2021, 10:31
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən daha 2 nəfər aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teref.az-a verilən məlumata görə, Cəlilabad Rayon sakinləri İ.Səmədov və X.Dövlətova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb
Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib. İ.Səmədov Masallı şəhəri ərazisində ictimai yerdə, X.Dövlətov isə Masallı şəhərinin giriş hissəsində qurulmuş stasionar postlardan birində müvafiq yoxlama zamanı aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.
Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır