Balakəndə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

21-03-2021, 13:48           
Balakəndə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Şərif kənd sakini Şirin Süleymanov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı istixanada əkilib-becərilməsi qadağan edilən, hündürlükləri 90sm-dən 120 sm-dək olan çətənə kolları aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni yanvar ayında əkdiyini və xüsusi qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.