Martın 24-də gözlənilən hava şəraiti

23-03-2021, 13:41           
Martın 24-də  gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə martın 24-də
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 22 dərəcə isti olacaq. Bakıda gecə 6-8 dərəcə isti, gündüz 18-20 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 745 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.


Martın 24-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz
Martın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.