Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teref.az-a verilən məlumata görə, karantin rejiminin qaydalarına riayət etmək məqsədilə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində insanların sıx toplaşdığı yerlərdə sosial məsafənin təmin olunmasına nəzarət edir. Polis əməkdaşları sakinlərə sanitary-karantin rejiminin tələblərini izah edib, ara məsafələrin qorunmasını xatırladıb və onlara tibbi maska paylayıblar.