Göyçay rayonundakı qurumlardan birinin inzibati binasından oğurluq edilib

28-04-2021, 16:27           
Göyçay rayonundakı qurumlardan birinin inzibati binasından oğurluq edilib
Göyçay rayonundakı qurumlardan birinin inzibati binasından elektrik naqilləri və digər elektrik avadanlıqlarının oğurlanması barədə polisə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə oğurluğu etməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Adil İsgəndərov saxlanılıb. Onun oğurluq yolu ilə əldə edərək əlvan metal qəbulu məntəqələrinə satdığı naqillər və digər metal avadanlıqlar həmin yerlərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.