Yaşadığı evin həyətində narkotik becərən Göyçay sakini saxlanılıb

29-08-2022, 15:15           
Yaşadığı evin həyətində narkotik becərən Göyçay sakini saxlanılıb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan rayon sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Məmməd Hüseynov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 19 kiloqrama yaxın olan çətənə kolları aşkar edilərək götürülüb. M.Hüseynov ifadəsində narkotik vasitə istifadəçisi olduğunu və həmin çətənə kollarını da bir müddət əvvəl becərərək aqrotexniki qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.