Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb

16-01-2023, 17:18           
Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində “LADA” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb. Araşdırmalar zamanı şəhər sakini Şahin Məmmədov qanun pozuntularını narkotik vasitənin təsiri altında törətməsi məlum olub. Dəfələrlə anolji əməllər törətməsinə görə inzibati tənbeh tədbiri görülən Ş. Məmmədov barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 25 gün inzibati qaydada həbs olunub.
Teref.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru