Bu gün hədəfimiz bərpaolunan enerjidir - İsrafil Kərimovun yazısı
17-01-2023, 09:50
Bu gün hədəfimiz bərpaolunan enerjidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il yanvarın
15-16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfəri, bu səfər
çərçivəsində BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə
görüşü, həmçinin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış
mərasimindəki çıxışı ölkə diplomatiyasının növbəti uğuru sayılmalıdır.
İlk növbədə qeyd edilməlidir ki, hər iki dövlət arasında əhəmiyyətli
ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan ilə Birləşmiş Ərəb
Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir.
Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə
texnoloji inkişafın yaradacağı böhranlardan ziyan görməmək, iqtisadi inkişaf
və texnologiya, habelə innovasiya tətdiqi ilə inkişaf əldə edilməsi üçün
mühüm addımlar atıldı. Prezident İlham Əliyevin Əbu-Dabi Davamlılıq
Həftəsinin açılış mərasimində çıxış etmək üçün dəvət olunması ilk
növbədə, məhz dövlətimizin qeyd olunan istiqamətdə aparıcı mövqedə
qərarlaşması ilə izah olunmalıdır. Yəni, Azərbaycan Prezident İlham
Əliyevin strateji və uzaqgörən addımları ilə artıq gələcəyi idarə edəcək
güclərdən birinə çevrilməkdədir.
Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar
səfərinin əsl mahiyyətini araşdırmaq üçün Yaxın və Orta Şərqdə, o
cümlədən Qafqazdakı geosiyasi situasiya və ölkələrimizin bu proseslərdə
rolu ayrı-ayrılıqda təhlil olunmalıdır. Azərbaycanla bağlı məsələlər
Prezident İlham Əliyevin hakimiyyəti illərində tam iqtisadi müstəqilliyə nail
olmaqla siyasi suverenliyini möhkəmlədən, güclü ordu quruculuğu həyata
keçirən, milli müdafiə sənayesi yaradan Azərbaycan xüsusən Vətən
müharibəsindəki Qələbəsindən sonra bölgənin şübhəsiz ki, diktə edən
hərbi-siyasi gücüdür. Azərbaycan artıq bölgənin siyasi gündəmini müəyyən
edən dövlətdir.
Birləşmiş Ərəb Əmirlikləri isə son 30 ildə imkanlarını artırmaqda olsa
da, xüsusən Ərəb baharı dalğasından sonra bütövlükdə Yaxın və Orta
Şərqin aparıcı güclərindən birinə çevrilib. Misir, Liviya, Yəmən, Efiopiya,
Somalidə həyata keçirdiyi hərbi-siyasi fəaliyyətlər, İsraillə strateji işbirliyi,
ABŞ-da, bir sıra Avropa ölkələrində ciddi lobbiçilik fəaliyyəti BƏƏ-nin qlobal
müstəvidə ciddi siyasi qütbə çevrildiyini göstərməkdədir. Bütün bunlar isə o
mənaya gəlir ki, Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə
işgüzar səfərinin istənilən siyasi-iqtisadi, hərbi və təhlükəsizlik məzmunlu
nəticəsi bütövlükdə regional təsirlərlə müşayiət olunacaq.
İlk növbədə, həm Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan,
həm də Prezident İlham Əliyev tərəfindən Azərbaycanın və BƏƏ-nin ayrı-
ayrılıqda fəaliyyətlərini sülhsevər hesab etdikləri bəyan olundu. Bu, o
deməkdir ki, BƏƏ rəsmi Bakının Cənubi Qafqazda hərbi-siyasi fəaliyyətini
regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdiyi
səy hesab edir və bunun bəyan olunmasından çəkinmir.
Qeyd edildi ki, bu gün Azərbaycanın Bərpaolunan enerji sahəsində
nəhəng potensial vardır. İkincisi isə, biz onun sayəsində ixracımızı
şaxələndirəcəyik. Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa
enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi
Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin
boru kəmərinin uzunluğu 3500 kilometrdir.
Hazırda Azərbaycanın təbii qaz ixracı günbəgün artır. Əgər 2021-ci
ildə bu 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaqdır.
Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planları
təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Quruda 27
qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı
azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin
Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi
imkanları mövcuddur. Həmçinin Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə
imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək
və günəş enerjisini istehsal etmək imkanını yaradacaqdır. Eyni zamanda
SOCAR ilə gələcəyin enerjisi üzrə Əbu-Dabinin “Masdar” şirkəti arasında
Azərbaycanda ümumilikdə 4 QVt gücündə dənizdə külək və hidrogen
layihələrinin, Günəş fotovoltaik və quruda külək layihələrinin işlənməsinə
dair birgə işlənmə sazişləri imzalamaqla Bakı sözü və əməli bir olan güc
mərkəzi kimi növbəti dəfə özünü təsdiqlədi.
Bu gün ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu
siyasət nəticəsində Azərbaycanda investisiya mühiti çox müsbətdir.
Ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə
hədəfimiz bərpaolunan enerjidir.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az