Ağdaşda xarici ölkə vətəndaşına narkokuryerlik edən şəxs tutulub

18-01-2023, 10:51           
Ağdaşda xarici ölkə vətəndaşına narkokuryerlik edən şəxs tutulub
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər də dörd dəfə məhkum olunmuş Müzəffər Qədirov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı külli miqdarda, yəni 1 kiloqramdan artıq narkotik vasitə olan heroin, eləcə də 404 qram psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb. Araşdırma zamanı Müzəffər Qədirovun əcnəbi narkotacirin təsiri altına düşərək pul müqabilində onun üçün paytaxtda, eləcə də ölkə ərazisində narkokuryerlik etdiyi məlum olub. Sonuncu dəfə isə 300 manat qarşılığında üzərindən aşkarlanan narkotik vasitələri Bakıdan Ağdaşa gətirən keçmiş məhkum həmin heroin və metamfetamini rayon ərazisindəki qəbiristanlıqda gizlədərkən iş başında yaxalanıb. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ruslan Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.