Kürdəmirdə şadlıq sarayının sahibi barəsində qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub

23-11-2023, 07:25           
Kürdəmirdə şadlıq sarayının sahibi barəsində qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub
Kürdəmir Rayon Polis Şöbəsinin və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı rayonun Topalhəsənli kəndi ərazisində yerləşən "Sabrina" şadlıq sarayının ərazisində məişət tullantıların qalaqlanması faktı aşkar edilib.
Aşkar edilmiş faktla bağlı qeyd olunan qayda pozuntusa yol verən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub. Ərazinin tullantılarından təmizlənməsi isə təmin edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.