Zərdabda iki bələdiyyə sədri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb

24-11-2023, 11:33           
Zərdabda iki bələdiyyə sədri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin və Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirilən tədbirlər zamanı rayonunun Şahhüseynli və Yarməmmədbağı kəndləri ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinin tələblərini pozduğuna görə hər iki kənd bələdiyyəsinin məsul şəxsləri barəsində qanunvericiliyə uyğun olaraq protokollar tərtib olunub və onlar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru