SPECA-nın Bakıda keçirilən Zirvə görüşü uğurla başa çatdı - İsrafil Kərimovun yazısı
25-11-2023, 12:12
SPECA-nın Bakıda keçirilən Zirvə görüşü uğurla başa çatdı
Noyabrın 24-də paytaxtımız Bakı şəhərinindəki Heydər Əliyev
Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi
Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət
başçılarının Zirvə görüşü keçirilib. Zirvə görüşündə bir sıra ölkələrin dövlət
və hökumət başçıları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak
ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə
iştirak edərək çıxış edib. Qeyd edilib ki, bu il Birləşmiş Millətlər Təşkilarının
Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının
(SPECA) 25 ili tamam olur. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir.
Keçən müddət ərzində təşkilata daxil olan ölkələr arasında hərtərəfli
əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü
ilk dəfə keçirilir. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan,
Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla
əməkdaşlıq edir. Eyni zamanda Prezident İlham Əliyevin dəvəti ilə
Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının
Baş katibi fəxri qonaqlar qismində Zirvə görüşündə iştirak ediblər. Bu
tərkibdə keçirilən Zirvə görüşü görüşü daha geniş iqtisadi əməkdaşlıq
formatına yol açacağına əminlik yaradır.
SPECA–ya üzv dövlətlər təşkilatın fəaliyyəti illərində öz dövlət
suverenliyini möhkəmləndirib, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilib
və iqtisadi cəhətdən sürətlə inkişaf ediblər. Üzv dövlətləri daha bir amil –
siyasi sabitlik amili də birləşdirir. Sabitlik olmadan isə heç bir iqtisadi
inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində
müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. SPECA
ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq
prosesləri uğurla gedir. Bu da dövlətlərin və xalqların böyük nailiyyəti və
uğurudur.
Ölkə başçısı öz çıxışında BMT Baş Assambleyasında SPECA-nın 25
illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışladığını bildirdi və qeyd etdi
ki, BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib və
Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq.
Bildirilib ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və
mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti
artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Azərbaycanın
güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan
yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə,
büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb.
Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun
təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət
borcunu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5
faizə düşüb.
Bu gün Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə
Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə
qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji
sektorunun payına düşür.
Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla
ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-
Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika
mərkəzlərindən birinə çevrilib.
Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev bildirib ki,
“Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir
neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma
arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın
qonşusu Ermənistandır”.
Bildirilib ki, Azərbaycanın müstəqillik qazandığı ilk illərdə ölkənin
beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan
tərəfindən işğal edilmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə
siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba
yurdlarından qovulmuşdur. Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq
olduğundan otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir.
2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi
şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlar
prosesini tamamilə məhv etdi.
Nəhayət ki, 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən
parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində
Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının
1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin
icrasını özü təmin etdi.
Daha sonra Ermənistanın növbəti provokasiyalarına cavab olaraq və
Qarabağ ərazisində qalmaqda olan “boz zona”ya son qoyulması məqsədilə
2023-cü il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri keçirildi.
Cəmi bir gün ərzində işğal altında qalmaqda olan bütün ərazilər üzərində
Azərbaycanın suverenliyi tam bərpa edildi və Azərbaycan ərazisində
təcavüzkar separatizmə son qoyuldu.
Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-
quruculuq işləri həyata keçirilir. Azərbaycan sıfırdan yeni şəhərlər və
kəndlər inşa edir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9
şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi
köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına
qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz
doğma evlərinə qayıdacaq.
Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan
960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın
hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa
edilir və gələn il açılacaqdır.
Sonda Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə BMT-
nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının
(SPECA) iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının birinci Zirvə
görüşününün yekunu olaraqBakı Bəyannaməsi qəbul edilib.
Müəllif: İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü