Azərbaycan etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirilir - Israfil Kərimovun yazısı
12-12-2023, 10:17
Azərbaycan etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirilir
Dekabrın 10-da ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət
edən daha bir mühüm tədbir baş tutdu. Serbiyanın Niş şəhərində Serbiya-
Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının
Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti
Rumen Radev bu mərasimdə iştirak ediblər.
Mərasimdən əvvəl Niş şəhərində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar
Vuçiç ilə təkbətək və geniş tərkibdə, daha sonra isə Bolqarıstan
Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub.
İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanla əməkdaşlıq
əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır. Iki ölkə
arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də
Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında
olmasıdır.
Azərbaycan və Serbiya dövlət başçıları səviyyəsində son illər
intensivləşən qarşılıqlı yüksək səviyyəli səfərlər iki ölkə arasında
əməkdaşlıq sahələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün zəmin
yaradıb. İki ölkə arasında enerji sahəsindəki əməkdaşlıqda yeni imkanlar
açılıb. Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində
yeni tərəfdaşıdır. Serbiyaya qaz tədarükü nəticəsində Azərbaycan qazını
idxal edən ölkələrin sayı 9-a çatıb. Bu, Azərbaycanın etibarlı enerji
tərəfdaşı missiyasının genişlənməsinin və Avropanın enerji
təhlükəsizliyində oynadığı rolun getdikcə artmasının bariz göstəricisidir. Bu
gün Azərbaycan qazı Serbiyanın təchizat mənbələrinin şaxələndirilməsi ilə
yanaşı, Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi
Serbiyanın strateji roluna da töhfə verir.
Serbiyanın Niş şəhərində keçirilən Serbiya-Bolqarıstan Qaz
İnterkonnektorunun açılış mərasimində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev çıxış edərək bir sıra mühüm məqamlara toxundu.
Qeyd edildi ki, İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji
təhlükəsizliyinə önəmli töhfə verəcəkdir. Bildirildi ki, 2021-ci ildə
Azərbaycanın Avropa məkanına qaz ixracı 8 milyard kubmetrdən bir qədər
çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaqdır. Bu da
Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.
Bu gün Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir.
Bununla bağlı ölkəmizin genişmiqyaslı planları vardır. Ölkəmiz tərəfimindən
irəli sürülərək icra edilən layihələr Avropanın və Asiyanın - Avrasiyanın
enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib.
Strateji əhəmiyyət kəsb edən neft kəmərləri - Bakı-Tbilisi-Ceyhan,
Bakı-Supsa bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin
bazarlarına çatdırır. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi -
nəhəng infrastruktur layihəsi olaraq hazırda Avropanın enerji
təhlükəsizliyinə çox böyük töhfə verir. Buna görə də Avropa Komissiyası
Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi
dəyərləndirir.
Qeyd edilib ki, Azərbaycan iki il əvvəl Bolqarıstana qaz təchizatına
başlayıb. 2021-ci ildə bu ölkəyə 270 milyon kubmetr qaz təchiz edilib.
2022-ci ildə isə ixrax 500 milyon kubmetrdən bir qədər çox olub. Bu il isə bu
rəqəm 1 milyard kubmetrə yaxın olacağı gözlənilir.
Azərbaycanın eneri sahəsində böyük planları vardır. Bu planlara
uyğun olaraq qaz təchizatının coğrafiyası daha da genişləndiriləcək və
Azərbaycan qazı gələcəkdə Avropa məkanında yeni yaradılacaq
interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxarılacaqdır.
Eyni zamanda ölkəmizin əsas iqtisadi hədəfləri bərpaolunan eneri
növləri ilə bağlıdır. Artıq 10 qiqavat bərpaolunan enerji növlərinin
yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma
memorandumları imzalanıb. Azərbaycan zəngin neft və qaz resurslarına
malik olmasına baxmayaraq, ölkəmiz gələcəkdə təmiz yaşıl enerjinin
istehsalına və ixracına əsas diqqəti yönəldəcəkdir. Bu da öz növbəsində
ölkəmizin iqtisadi gücünün daha da artmasına səbəb olacaqdır.
Qeyd edək ki, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış
mərasimində Bolqarıstan Prezidenti Rumen Radevinin çıxışında
Azərbaycanla bağlı səsləndirdiyi fikirlər xüsusi diqqət çəkdi. “Biz bu gün
yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya
İnterkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin
artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-
Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir»,
“İnterkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul
edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə
də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə
təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və
razılıqlara ciddi yanaşır». “Baxmayaraq ki, on il öncə mühüm dəyişikliklər
olmuşdu. Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki,
Azərbaycan etibarlı tərəfdaşdır kimi fikirlər Azərbaycanın beynəlxalq
münasibətlər sistemində artan rolunu, etibarlı tərəfdaş kimi möhkəmlənən
mövqeyini təsdiqləyir.” Təbii ki, bu kimi fikirləri xeyli sayda qeyd edə bilərik.
Bütün bunlar Azərbaycanın əməkdaşlığa böyük önəm verməsindən, daim
coğrafiyasının genişlənməsi üçün təşəbbüslərlə çıxış etməsindən irəli gəlir.
Azərbaycanın beynəlxalq aləmdə əməkdaşlıq məkanı kimi nüfuz
qazanması atdığı real addımlara əsaslanır.
Müəllif: İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü