“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir

Bu gün, 16:00           
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
İnnovasiya və sürət lideri “Bakcell” ölkənin ilk rəqəmsal bankı “Birbank” ilə əməkdaşlıq çərçivəsində yeni “Birinci” tarif paketini təqdim edir.

Abunəçilər “Birbank” mobil tətbiqinə “Bakcell” nömrəsi əlavə etməklə “Birinci” tarifinə qoşula, onu idarə edə və dərhal “Trendyol”, “Umico”, “Birbank” və “M10” kimi platformalarda xüsusi üstünlüklərdən yararlana bilərlər. “Birinci” tarifi daxilində “Bakcell” müştərilərinə ölkədaxili zənglər üçün dəqiqələr, əsas internet balansı, sosial şəbəkələr üçün əlavə internet balansı təqdim olunur. Bundan əlavə, tarifə qoşulan abunəçilər “Trendyol”da alış-veriş zamanı ayda 2 dəfə 10% endirim və ödənişsiz “Umico Premium” abunəliyi əldə edəcəklər.

Eyni zamanda, müştərilər “Birbank” kartları ilə əməliyyatlar və “m10”la QR ödənişlər zamanı əlavə keşbek qazanacaqlar. “Birinci” tarifinin başlanğıc qiyməti 6.9 AZN-dir.

Qeyd edək ki, “Bakcell” abunəçiləri “Birinci” tarifinə yalnız “Birbank” mobil tətbiqi vasitəsilə qoşula bilərlər. Tarif paketi ilə bağlı ətraflı məlumatı “Bakcell” və “Kapital Bank”ın rəsmi saytlarından və ya sosial şəbəkə hesablarından əldə etmək olar.

Gələcəyə hədəflənən yeni brend strategiyası ilə “Bakcell” ölkəmizdə abunəçilərə innovativ xidmət və məhsullar təqdim edir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərinin ixtiyarına verəcək.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir. “Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.