Bayıl yamacında vəziyyətlə bağlı Səbail Rayonu İcra Hakimiyyətindən növbəti məlumat
24-01-2018, 21:36
teref.az - Xəbər verdiyimiz kimi, Bayıl yamacında sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılmışdır. Qərargahın iclasından sonra rayon icra hakimiyyəti və rayon polis idarəsinin əməkdaşları həmin ərazidə olmuş sakinlərlə görüşmüşlər.
Təhlükəsizlik nöqteyi nəzərindən sakinlərə müvvəqqəti olaraq evlərini tərk edib qohumları və yaxınlarının evlərinə köçmələri tövsiyyə olunmuşdur. Ərazi polis nəzarətinə götürülmüşdür. Digər sakinlərin yerləşdirilməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılmışdır. Məsələ ciddi şəkildə nəzarətdə saxlanılır və əlava tədbirlər görülür.