Səbail rayonu məktəbləri ürüşmə zonasından köçürülən sakinlərə yardım adı ilə pul yığılması barədə məlumata etiraz edirlər - BƏYANAT

6-02-2018, 19:40           
Səbail rayon məktəblərinin bəyanatı

teref.az-nun poçtuna Bayıl ərazisində yerləşən orta məktəblərdə İcra Hakimiyyətinin tapşırığı ilə sürüşmə zonasından köçürülən sakinlərə yardım adı ilə pul yığılması barədə gedən məlumatın yalan vıə iftira olduğu barədə bəyanat daxil olub.
Bəyanatda yazılıb:
Bu gün AFN.az və bir neçə digər saytda Bayıl ərazisində yerləşən orta məktəblərdə İcra Hakimiyyətinin tapşırığı ilə sürüşmə zonasından köçürülən sakinlərə yardım adı ilə pul yığılması barədə məlumat yayımlanmışdır.
Bu xəbəri oxuyan zaman biz, 49, 51, 91, 163 və 203 №-li məktəblərin kollektivləri çox böyük təəssüf, həyacan və sarsıntı keçirdik. Nə qədər iftiraçı və həyasız olmaq lazımdır ki, görülən işlərin üzərinə kölgə salınsın. Məktəblərdə ümumiyyətlə belə hall olmamış və heç bir vəsait toplanmamışdır. Belə ağ yalan, iftira kollektivlərimizi, valideynləri çox narahat etmişdir. Heç kimdən soruşmadan, məsələni öyrənmədən yalan məlumat yaymaq özü bir cinayətdir.
Siyası maraq güdən, popurist xarakterli, belə məlumatları yaymaqla özlərini reklam etməyə çalışanlar bilməlidirlər ki, yalan və iftira ilə heç bir şey əldə edə bilməyəcəklər.
Məsələ ilə bağlı araşdırma aparılıb iftiraçılara qarşı ölçü görürülməsi üçün Hüquq-mühafizə orqanlarına müraciət ediləcəkdir.
Səbail rayonu 49, 51, 91, 163 və 203 №-li məktəblərin kolletivləri












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.