Teref/info - 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Milli Məclisin deputatları Fəzail Ağamalı, Əliağa Hüseynov, YAP Salyan rayon təşkilatınının sədri və fəalları rayonun Mədəniyyət Mərkəzində çoxsaylı seçicilərin iştirakı ilə görüş keçiriblər. Görüşdə Prezident İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının yox, bütövlükdə xalqın alternativsiz namizədi və cəmiyyətin yekdilliklə siyasətini dəstəklədiyi lider olduğu vurğulanmışdır. Çıxış edənlər aprelin 11-də müstəqilliyimizin əbədi, sarsılmaz, vətənimizin daha da güclü və qüdrətli olması üçün hamılıqla Cənab İlham Əliyevə səs verəcəklərini bildirmişlər.