EVİNDƏ NARKOTİK TƏRKİBLİ BİTKİLƏR YETİŞDİRƏN ŞƏXS SAXLANILIB

8-09-2018, 12:18           
EVİNDƏ NARKOTİK TƏRKİBLİ BİTKİLƏR YETİŞDİRƏN ŞƏXS SAXLANILIB
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkini ilə məşğul olan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, sentyabrın 7-də daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Mustafayev saxlanılıb. Keçirilmiş tədbirlərin davamı olaraq onun şəhər ərazisində yerləşən yaşadığı evə də baxış keçirilib. Orada dibçəklərdə əkilmiş və xüsusi qaydada qulluq edilərək yetişdirilmiş 4 ədəd çətənə bitkisi, eyniadlı bitkinin qurudulmuş gövdələri və 3 kq 246 qr qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Faktla bağlı ŞRPŞ-də araşdırmalar davam etdirilir.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.