POLİSLƏR ŞAGİRDLƏRİN QONAĞI OLDU

2-10-2018, 18:01           
POLİSLƏR ŞAGİRDLƏRİN QONAĞI OLDU
Xızı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayondakı Rafiq İsmayılov adına tam orta məktəbdə “Diqqət uşaqlar" təhlükəsizlik aylığına həsr edilmiş tədbir keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən Xızı RPŞ-nin Baş Dövlət Avtomobil Müfəttişi, polis leytenantı Əli Cavadov keçirilən tədbirin mahiyyətindən danışıb. Tədbirin əsas məqsədinin şagirlərə yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və nəticədə məktəbliləri baş verə biləcək yol qəzalarından qorumaq olduğunu bildirən polis zabiti, şagirdlərə dərslərdən çıxan zaman yollarda hərəkət edərkən səkilərdə, keçid üçün isə piyada keçidlərindən istifadə etmələrinin zəruri olduğunu bildirib. Məktəblilərə yol nişanları haqqında məlumat verən Ə.Cavadov onları maraqlandıran sualları cavablandırılıb.
Çıxış edən məktəbin direktoru Fazil Məmmədov keçirilən profilaktik tədbirə görə Xızı Rayon Polis Şöbəsinin kollektivinə öz təşəkkürünü bildirərək qeyd edib ki, çalışdıqları məktəb ölkə ərazisində göstəriciləri ən yüksək olan məktəblər sırasındadır. Məhz bunun nəticəsindir ki, məktəb 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncanı ilə “İlin Ən Yaxşı Ümumtəhsil Məktəbi” adına layiq görülüb. Daxili İşlər Orqanları tərəfindən keçirilən belə tədbirləri yüksək qiymətləndirdiklərini bildirən F.Məmmədov, tədbirlər nəticəsində məktəblilərin yol hərəkəti haqqında qaydalarla barədə məlumatlı olduqlarını, onların istər piyada, istərsə də gələcəkdə avtonəqliyyat vasitələri idarə edərkən yol hərəkəti qaydalarına riayət edəcəklərinə əmin olduğunu qeyd edib.


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.