Başında deputat dayanan quldur dəstəsi həbs edildi

6-11-2015, 16:43           
Başında deputat dayanan quldur dəstəsi həbs edildi
Rusiyada 500 milyon rubl oğurlayan cinayətkar dəstə yaxalanıb.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, dəstənin rəhbəri Dağıstandan olan deputat olub.

Məlumata əsasən bandanın üzvləri Dağıstan Milli Məclisinin deputatı Eduard Xıdırov və daha 6 yerli sakin olub.

İstintaq işinə görə, cinayətkar dəstə Xıdırov tərəfindən 2010-cu ildə yaradılıb və o, bu dəstəyə beş il rəhbərlik edib. Qruplaşma əsasən iqtisadi cinayətlər törədirmiş.

2011-ci ilin dekabrında cinayətkar dəstə “Naftabank”a basqın edib və oradan 300 milyon rubl dəyərində bankın aktivləri və əmanətçilərin vəsaitləri oğurlanıb.

Banka verilən lisenziyanın geri alınmasından sonra qruplaşma “Əmanətlərin sığortalanması Agentliyindən” 200 milyon rubldan çox vəsait oğurlayıb.

Hazırda Dağıstan Milli Məclisinin deputatı Eduard Xıdırov və daha 6yerli sakinə qarşı cinayət işi qaldırılıb. Rusiya polisi faktla bağlı araşdırmalara başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.