Tehranı tərk edənlər geri dönür - Paytaxtda tıxac yarandı

26-06-2025, 12:44           
Tehranı tərk edənlər geri dönür - Paytaxtda tıxac yarandı
İsrailin hücumları zamanı paytaxt Tehranı tərk etmiş iranlılar atəşkəsdən sonra geri dönürlər.

İRNA agentliyi xəbər verir ki, əsasən ölkənin şimal bölgələrinə sığınmış paytaxt sakinlərinin kütləvi geridonüşü yollarda birtərəfli tıxaca səbəb olub.

Polis nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş iş rejiminə keçib.

Xatırladaq ki, İsrailin Tehrana qarşı həyata keçirdiyi raket və dron hücumları səbəbilə çox sayda sakin ölkənin şimal şəhərlərinə – əsasən Mazandaran və Gilan əyalətlərinə sığınmışdı. Hazırda vəziyyətin nisbətən sabitləşməsi ilə qayıdış prosesində intensivlik müşahidə olunur.

Rəsmilər vətəndaşlara mümkün qədər alternativ yollarla hərəkət etməyi və rəsmi məlumatları izləməyi tövsiyə edir./Teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru