Fransada daha bir faciə: bu dəfə qatar aşdı...

15-11-2015, 00:15           
Fransada daha bir faciə: bu dəfə qatar aşdı...
Fransada “TGV” tipli sürətli qatar sınaqdan keçirilərkən relsdən çıxıb, nəticədə azı 5 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “France Bleu Alsace” radiostansiyası məlumat yayıb.

İlkin məlumata görə, qəza Strasburq yaxınlığındakı Ekveşem şəhərində qeydə alınıb. Bəzi KİV-lərin məlumatına görə, hadisə yerində partlayış səsi eşidilib.

Qatarda sərnişinlərin olmadığı bildirilir. Vaqonların əksəriyyətinin relsdən çıxaraq aşdığı qeyd olunur.

Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru