Jurnalistin öldürülməsi Maltada siyasi böhran yaratdı

1-12-2019, 10:48           
Jurnalistin öldürülməsi Maltada siyasi böhran yaratdı
Malta məhkəməsi ölkənin ən məşhur iş adamlarından biri olan Yurgen Fenekə jurnalist Dafna Karuana Qaliziyanın 2017-ci ildə öldürülməsi ilə bağlı ittiham irəli sürüb.

Bu barədə “Malta Independent” nəşri yazır.

Fenekə qarşı jurnalistin qətlində iştirak etməsi ittihamı irəli sürülüb.

Məhkəmənin qərarı ilə iş adamının hesabları dondurulub və o, nəzarət altına alınıb, daha sonra isə Fenek Paola şəhərindəki Korradino həbsxanasına göndərilib.

Fenek ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Jurnalistin ölümünün araşdırılması Maltada siyasi böhrana gətirib çıxarıb. Bir müddət əvvəl isə polis Baş nazirin administrasiyasının sabiq rəhbəri Kit Şembrini saxlayıb. Belə ki, Fenek jurnalistin öldürülməsinin məhz Şembri tərəfindən təşkil olunduğunu bildirmişdi.

Cümə günü “Malta Times” qəzetinin verdiyi məlumata əsasən, Baş nazir Cofef Muskat tərəfdaşlarına istefa verməyə hazırlaşdığını bildirib. (oxu.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.