“CNN yalan danışır, mobil telefondan istifadə etmirəm” – Prezident

8-12-2019, 00:00           
“CNN yalan danışır, mobil telefondan istifadə etmirəm” – Prezident
ABŞ Prezidenti Donald Tramp mətbuatda şəxsi mobil telefondan istifadə etməsi barədə yayılan xəbərləri təkzib edib.

Tvitterdə yazıb:

“Yalançı CNN iddia edir ki, guya mən təhlükəsizlik xidmətinin təkrar xəbərdarlıqlarına baxmayaraq, hələ də şəxsi mobil telefonumu zənglər üçün istifadə edirəm. Bu, tamamilə yalan məlumatdır. İllərdir şəxsi cib telefonum yoxdur, yalnız hökumət telefonlarından istifadə edirəm”.

Daha əvvəl KİV Trampın təhlükəsizlik xidmətlərinin xəbərdarlıqlarına baxmayaraq hələ də fərdi mobil telefondan istifadə etdiyini bildirmişdi. \\Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru